1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.03.2021 16:09:55

Bunu İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Ayətullah Sistaninin Papa ilə görüşünə münasibət bildirib

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Ayətullah Seyid Sistaniyə Papa Fransisklə görüşündə göstərdiyi mövqeyə görə təşəkkür edib.

O Ayətullah Seyid Sistaninin Katolik dünyası lideri ilə keçirdiyi görüşünü, xas və pak islami bir mövqe olaraq dəyərləndirərək, bu mövqeyi məmnuniyyətlə qarşladığını bildirib.

İraqın Əhdullah İslami Hərəkatının baş katibi, Seyid Haşim Heydəri Papanın İraq səfəri zamanı Ayətullah Sistanilə görüşü ilə bağlı açıqlama yayaraq deyib: “Ayətullah Sistaninin Papa ilə keçirdiyi görüş və xüsusilə Ayətullah Sistaninin bu görüş zamanı sərgilədiyi pak islami bir mövqe haqqında gündəmə gələnlər böyük önəm daşımaqdadır.

Onun göstərdiyi bu mövqe, zülm ilə mübarizə, böyük güclərin addımları qarşısında durmaq, müsəlman və müstəzəfləri müdafiə, müxtəlif ölkələrdə xalqların çəkdiyi əzab əziyyətlər, şiddət tətbiq etmə, iqtisadi blokada, yurd-yuvasından köçürmək və xüsusilə işğal altındakı torpaqlardakı Fələstin xalqı olmaqla, bölgə xalqlarının çəkdiyi əziyyət haqqında danışmaq Rəbbani fəqihlərin yolunu vurğulamaqdır.

Ayətullah Sistaninin görüşü zamanı dediyi sözlər, sadəcə məzmun olaraq deyil, ölçü olaraq da İmam Xomeyni və Ayətullah Xameneinin yolu və düşüncəsilə üst-üstə düşür  və bu pak İslam yoludur, Allah Rəsulunun (s.ə) və Əhlibeytin (ə) xəttidir.”


Ayətullah Sistaninin mövqeyi Allah Rəsulu və Əhlibeytin xəttidir - Seyid Haşim Heydəri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ