1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:31.12.2019 16:14:57

ABŞ tərəfindən həyata keçirilən hava hücumuna etiraz olaraq ABŞ səfirliyi qarşısında geniş aksiya keçirilir

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən verdiyi xəbərə görə, İraqın qərbindəki Anbar əyalətindəki “Haşdi Şabi” hərbi bazasına ABŞ tərəfindən həyata keçirilən hava hücumuna etiraz olaraq ABŞ səfirliyi qarşısında geniş aksiya keçirilib.

Ərəb medialarının "son dəqiqə" xəbərlərinə görə, "Haşdi Şabi2 könüllüləri ABŞ-ın Bağdaddakı səfirliyinin binalarına yandırıcı maddələr ataraq yanğın törədiblər.

Etirazçılar hətta səfirlik binasına da girməyə çalışıblar.

Lakin İraq polisi etirazçıların qarşısını almağa çalışır.

ABŞ səfirliyinin işçiləri və diplomatları Bağdaddan evakuasiya olunublar.

Ayətullah Sistaninin ofisindən açıqlama

İraqın böyük mərcəi təqlid müctehidi və nüfuzlu din alimi Ayətullah Seyid Sistani ABŞ-ın İraqda “Haşdi Şabi” qərargahlarına hücumunu tənqid edib.

İraq mediasında yayımlanan xəbərə görə, Ayətullah Seyid Sistaninin ofisi bazar ertəsi günü ABŞ Ordusunun əl-Anbarda “Haşdi Şabi”yə aid bazaların ABŞ Ordusu tərəfindən bombalanması haqqında açıqlama yayıb.

Açıqlamada ABŞ-ın Qərbi İraqda əl-Qaimdə yer alan “Haşdi Şabi” qərargahını bombalanmasına etiraz ifadə olunub.

Verilən açıqlamada “İraqın rəsmi qurumları, ABŞ-ın hücumlarına etiraz etməli və bunların qarşısını almaq üçün tədbirlər həyata keçirməlidirlər.”

Ayətullah Sistaninin ofisi, İraqın suverenliyinə hörmət olunması və bəzi bəhanələrlə pozulmamasının vacibliyi ifadə edilib.

İraq hökümətindən ölkəni reqional və beynəlxalq qarşıdurmanın mərkəzi və başqalarının müdaxiləsi üçün bir döyüş sahəsinə çevirilməməsi üçün səy göstərməsi istənilib.

29 dekabrda ABŞ İraqda “Haşdi Şabi” qüvvələrinə hücum həyata keçirmişdi.

Müqtəda Sədrdən etiraz

“Sədr” hərəkatının rəhbəri Seyid Müqtəda Sədr ABŞ-ın “Haşdi Şabi” bazalarına hücumuna etiraz etmək üçün İraqlı fərqli qruplara ABŞ-ın İraqdakı varlığına son verilməsi üçün birlik çağırışı edib.

Sədr bu haqda özünün sosial şəbəkə profilində paylaşım edib.

O paylaşımında “(İran və ABŞ arasında) Qarşıdurmanın İraq üzərindən edilməsinə icazə verməyəcəyik. İşğalçıları (ABŞ əsgərləri) ölkədən siyasi və hüquqi yollarla çıxarmağa hazıram. İşğalçıların ən qısa zamanda ölkədən çıxarılmaları üçün cərgələri birləşdirin. Əgər çıxmasalar da, sizinlə birlikdə onları çıxarmaq üçün başqa mövqeyimiz olacaq.”, -deyə bildirib.

Livan Hizbullahından açıqlama

Livan Hizbullahı ABŞ-ın İraq və Suriyada 5 nöqtəyə hava zərbəsi endirməsilə bağlı bəyanat yayıb.

Bəyanatda ABŞ-ın bu hücumu pislənilib.

“Al Mayadeen” bununla bağlı xəbər yayımlanıb.

Məlumatda qeyd edilri ki, Hizbullah bu hücumu, başda Haşdi Şabi olmaqla, terrorizmlə mübarizədə rolu olan İraq xalqı ilə suverenliyinə “açıq aşkar təcavüz” kimi dəyərləndirib.

Bəyanatın davamında deyilir:

“ABŞ bu hücumla İraq xalqını dəstəkləyən və İŞİD terror qruplaşması ilə mübarizə aparan və döyüşə bilən gücləri hədəf almaq istəyir. Bu hücumu həyata keçirənlər yaxında etdikləri axmaqlığın nəticələrini görəcəklər.”

İrandan münasibət

İran Xarici İşlər nazirliyinin sözcüsü Abbas Musəvi ABŞ-ın İraqın qərbindəki Haşdi Şabinin hərbi bazalarına hücum etməsinə etiraz edib.

“ABŞ-ın İraq torpaqları və güclərinə qarşı hücumu terrorizmin açıq bir örnəyidir. Bu hücumlar ABŞ-ın İŞİD ilə mübarizəsinin yalan olduğunu sübut etdi. ABŞ son illərdə İŞİD terrorçularına ağlr zrbələr vuran güclərin mövqelərini hədəfə almışdır. Bu hücumlarla Amerika terroruzmə güclü dəstək verdiyini, ölkələrin suverenlik və müstəqilliyinə hörmət etmədiyini göstərdi. Bu dövlət qanunsuz addımların məsuliyyətini qəbul etməlidir.”, -deyə Musəvi əlavə edib.

Musəvi, xarici güclərin bölgədəki varlığının böhran və problemlərə yol açdığını önə çəkərək, Amerika işğalçılığının son verməsinin vacibliyini bildirib.

İranın İraqın suverenliyi və torpaq bütünlüyünü dəstəklədiyini deyən Musəvi, hücum zamanı şəhid olanların ailələrinə başsağlığı verərək, yaralılara Allahdan şəfa diləyib.

Haşdi Şabi: Cavabımız sərt olacaq...

ABŞ Ordusu İraqda Əl-Ənbar vilayətində “Haşdi Şabi”nin ən güclü briqadası olan “Kataib Hizbullah”ın İraq və Suriyadakı 5 bazasına hücum etməsinə “Haşdi Şabi” sədrinin müavini Mehdi Əl-Mühəndis sərt reaksiya göstərib. O bildirib ki, şəhidlər və yaralıların qanı hədər getməyəcək və amerikalı qüvvələrə cavab dağıdıcı olacaqdır.

İsrail xoşhal oldu

İsrailin Xarici işlər naziri İsrael Katz  ABŞ-ın İraqda Haşdi Şabi mövqelərini bombalamasına görə təşəkkür edib.
O, ABŞ-ın bu hücumunu bir "dönüş nöqtəsi" olaraq dəyərləndirib.

Ayətullah Sistanidən ABŞ hücumuna reaksiya; Etirazlar böyüyür - ƏTRAFLI, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ