1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:25.04.2019 22:36:38

Ayətullah Safi Gülpayqani bir müraciətdə bir qrup şiənin Ali Səud rejimi tərəfindən şəhid edilməsi münasibəti ilə danışıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, təqlid mərcələrindən olan Ayətullah Safi Gülpayqani bir müraciətdə bir qrup şiənin Ali Səud rejimi tərəfindən şəhid edilməsi münasibəti ilə danışıb.

 Ayətullah Safi Gülpayqani Ali Səud rejimi tərəfindən 32 şiənin şəhid edilməsi münasibəti ilə başsağlığı verərək deyib: "Müsəlman dövlətlər bu cinayətə qarşı öz insani vəzifələrini unutmamalıdırlar. Bu cinayət bu zalım rejimin qara keçmişində misilsizdir və bir qrup günahsız və məzlum gəncin şəhid edilməsi beynəlxalq qurumlar və hüquq müdafiəçiləri üçün utancvericidir."

 Ayətullah Safi Gülpayqani sözlərinin davamında  " Nəyə görə müsəlman dövlətlər bu vəhşiliyə qarşı susublar?", -  deyə müsəlman dövlətlərə müraciət edib.

Təqlid mərcəsi sözlərinin davamında deyib: "Müsəlmanlar və müsəlman dövlətlər eləcə də digər xalqlar susqunluğa son qoymalı və bu cinayəti pisləyərək öz insani vəzifələrini yerinə yetirməlidirlər."

Qeyd edək ki, Səud rejimi aprelin 23-də təhlükəsizlik bəhanələri adı altında 37 səudiyyə vətəndaşını edam edib, onlardan 32-i şiədir.


Ayətullah Safi: Müsəlman dövlətlər Səud rejiminin müsəlmanları edam etməsinə susmamalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ