1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.08.2019 17:15:35

Ayətullah Əraki Nigeriya şiələrinin lideri, Hindistanda müalicədə olan Şeyx Zəkzaki ilə telefonla danışıb

İslamazer.com İran mediasına istinadən xəbər verir ki, İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi bu gün səhərçağı Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki ilə telefon söhbətində onun müalicə prosesi ilə tanış olub.

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibi Ayətullah Mohsen Əraki bu telefon söhbətində Şeyx Zəkzakinin vəziyyətindən nigarançılıq edərək vurğulayıb ki, İran İslam Respublikası və İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyası onun müalicə prosesinə kömək üçün əllərindən gələni edəcəklər.

İslami Məzhəblərin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyasının baş katibinin sözlərinə görə, Şeyx İbrahim Zəkzakinin ruhiyyəsi çox yaxşıdır.

Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzaki səhhətinin ağırlaşmasına gətirib çıxarmış dörd il ev dustaqlığına dözdükdən sonra bu ölkədəki bir məhkəmənin qərarı ilə müalicə kursu keçmək üçün bazar ertəsi günü axşam Hindistana yola düşüb.


Ayətullah Əraki Şeyx Zəkzaki ilə telefonla danışıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ