EURO 1,9314 NEFT 61,33
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:14.04.2018 20:32:11

Tbilisidə yerləşən Alulbeyt Mərkəzində “Aləmlərə rəhmət” adlı konfrans keçirilib

İslamazeri.com xəbər verir ki, Tbilisidə yerləşən Alulbeyt Mərkəzində “Aləmlərə rəhmət” adlı  konfrans keçirilib. Hz. Məhəmmədin (s) peyğəmbərlik məqamına təyin oldunduğu gün - Məbəs günü münasibəti ilə təşkil olunan konfransda ölkəmizdə səfərdə olan Ayətullah Hüseyni Qəzvini, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Qevam Şəhidi, İİR-nın Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Türkiyənin ölkəmizdəki səfirliyinin dini işlər üzrə müşaviri Nəbi Gümüş hoca, Beynəlxalq Əlmustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, din xadimləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qurani Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Məbəs bayramı və Merac qəndili ərəfəsində keçirilən bu elmi konfransın əhəmiyyətindən danışıb. O, İslam Peyğəmbəri (s) haqda toplantı və tədbirlər təşkil edib Həzrətin insani keyfiyyətləri, əxlaq və fəzilətləri ilə O Həzrətin gətirdiyi dinin barış, dürüstlük, mərhəmət və ədalətə səslədiyinin çatdırılmasının önəmindən söz açıb. Ramin İgidov çıxışı zamanı "Aləmlərə rəhmət" sözünün mahiyyət və mənaları haqqında məlumat verib İslam dininin əsas sözlərini və məqsədlərini açıqlayıb.

Çıxışının sonunda Peyğəmbər (s) qarşısında ümmətin üç əsas vəzifələrinin olduğunu qeyd edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi deyib: "Onu və ailəsini sevmək, Onu dininin mənsubu kimi layiqli təmsil etmək və əmanətlərinə (Quran və Əhlibeytə) vəfa göstərərək sözlərinə əməl etmək."
Sonra çıxış edən din alimləri Nəbi Gümüş və Davud Zare İslam Peyğəmbərinin (s) şəxsiyyəti və nümunəvi keyfiyyətlərindən, Onun Meraca yüksəlməsinin səbəb və məramından, bəşəriyyətin nicatı üçün gətirdiyi dinin insanlığa bəxş etdiyi ibrət və dərslərdən danışıblar.
Konfransda çıxış edən böyük mərcei təqlid Ayətullah Məkarim Şirazinin müşaviri Ayətullah Hüseyni Qəzvini isə tarixi mənbələr və səhih qaynaqlardan sitatlar gətirərək Hz. Peyğəmbərin (s) və canişini olan Hz. Əlinin (ə) məqamından geniş söhbət açıb. Bu gün dünya müsəlmanlarının O Həzrətdən düzgün örnək almamalarından və bəzən də öz əməlləri ilə hörmətsizlik etmələrinə də toxunub. Müsəlmanların tək ümmət olaraq birgə vəhdət təşkil etmələrinin önəmindən danışıb.


Ayətullah Məkarim Şirazinin müşaviri Tbilisidəki tədbirə qatılıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya: ABŞ Suriyada terrorçuluğun kökünü kəsməyə mane olur
    Rusiya XİN rəsmisi Suriya ilə bağlı danışıb.
     14.12.2018
    Ölkənin qızıl-gümüş bazarında bahalaşma var
    Azərbaycanda qızıl və gümüş bahalaşıb.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ