EURO 1,9745 NEFT 74,62
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:13.11.2017 22:05:22

"Səhmi-İmamın 1/3-i zəlzələdən zərərçəkənlər üçün istifadə edilə bilər."

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi yayımladığı bir mesajda İran və İraqda baş verən zəlzələdə yaraların sağaldılması üçün səhmi-imamın 1/3-nin zəlzələdən zərərçəkənlər üçün istifadə edilməsinə icazə verdiyini bildirib.

Ayətullah Məkarim Şirazi bu mesajı yayımlayıb:

"Rəhman və Rəhim olan Allahın adı ilə

Ölkəmizin qərbində baş verən zəlzələdə vətəndaşlarımızdan həyatlarını itirənlər, xəsarət alanlar və evləri dağılanlar olub. Bu faciəli hadisə bizi dərindən kədərləndirmişdir. Ümid edirəm ki, dövlət və rəsmi şəxslər tez bir vaxtda yaraları sarımağa başlayar; Yaralıları xilas etmək üçün lazımlı səyi maksimum səviyyədə göstərərlər. Bundan başqa, xeyriyyəçi vətəndaşlarımızdan bu kədərli hadisəyə qarşı həssas olmalarını və zəlzələdən zərərçəkən bacı-qardaşlarına lazımi kömək etmələrini gözləyirik.

Bu anonsu da etmək istəyirəm: Möminlər səhmi-imamın 1/3-ni Uca Allahı razı edəcək bu işdə istifadə edə bilərlər.

Bu faciəvi hadisənin qonşumuz İraqa verdiyi zərərdən dolayı da son dərəcə məyus olduğumu bildirmək istəyirəm. İnşaallah bu ölkənin səlahiyyətliləri də zəlzələnin səbəb olduğu yaraları sarımaqda lazımi səy və çalışqanlığı maksimum səviyyədə göstərirlər.


Ayətullah Məkarim Şirazi zəlzələ ilə bağlı mesaj yayımladı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı səfirin oğlu həbs edildi
    Belarus Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Baş İdarənin əməkdaşları azərbaycanlı diplomatın oğlunu həbs ediblər.
     22.06.2018
    Pulsuz çimərlikdə yalnız su və qum pulsuzdur...
    Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, dəfələrlə çimərliklərdə dənizə girməyin pulsuz olduğu qeyd edilib.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ