1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.01.2021 17:05:41

Bəhreynin nüfuzlu şiə alimi ayətullah Şeyx İsa Qasim İŞİD tərəfindən Pakistanda 11 mədən işçisinin öldürülməsini pisləyib.

İslamazeri.com Az.shafaqna.com-a istinadla xəbər verir ki, din xadimi bütün müsəlmanların terror qruplaşmasına qarşı birləşməsinin zəruriliyini vurğulayıb.

Ayətullah Şeyx İsa Qasim İŞİD-i şərin təcəssümü və İslam təlimlərinin təhrifi adlandırıb. O əlavə edib ki, təkfirçi qruplar günahsız insanların qanını axıdır və müsəlmanlar arasında nifaq toxumu səpir.

Ruhani həm şiələrin, həm də sünnilərin bu “dağıdıcı xəstəliyə” qarşı birləşmələrinin vacibliyini söyləyib.

Xatırladaq ki, ötən həftə İŞİD terrorçuları 11 mədən işçisini oğurlayaraq Bəlucistanda qətlə yetirib. Edamdan öncə fəhlələrin gözlərini və əllərini bağlayıblar.


Ayətullah İsa Qasim 11 pakistanlı şiəni qətlə yetirən İŞİD-in cinayətini pislədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ