EURO 1,9066 TRY 0,2976
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:15.05.2019 00:25:36

İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dövlət rəsmiləri, yüksək rütbəli hərbçilər və din xadimlərilə görüşüb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei dövlət rəsmiləri, yüksək rütbəli hərbçilər və din xadimlərilə görüşüb.

Görüş zamanı bəzi mövzulara toxunan Ayətullah Xamenei ABŞ ilə müzakirə məsələsindən danışıb: "Müharibə olmayacaq, xalqın tək seçdiyi şey isə Amerika qarşısında müqavimət göstərməkdir. Bu mübarizə və qarşılaşmada Allahın iznilə onları geri çəkilməyə məcbur edəcəyik.", -

"Bu qarşıdurma hərbi deyil. Çünki müharibə baş verməyəcək. Nə biz müharibə istəyirik, nədə onlar. Müharibənin onların xeyrinə olmayacağını da yaxşı bilirlər. Bu qarşıdurma iradələrin qarşı-qarşıya gəlməsidir. Bizim iradəmiz daha güclüdür. Çünki öz iradəmizin yanında Allaha təvəkkül edirik.", -deyə Ayətullah Xamenei əlavə edib.

Müzakirəni "zəhər" kimi gördüyünü bildirən İslam İnqilabının rəhbəri sözlərinə belə davam edib: "Amerikanın hazırdakı rəhbərliyilə müzakirə etmək zəhərdir. Müzakirə, ticarət və iqtisadi əlaqələr deməkdir, amma ABŞ bizim güclü tərəfimizi almaq istəyir. "Sizin özünüzü müdafiə etmək üçün istifadə etdiyniz silahlar barədə müzakirə edək, raketləriniz uzun mənzilli olmamalıdır. Qısa mənzilli olsun ki, hərbi bazalarınızı vurduqda siz cavab verə bilməyəsiniz", - demək istəyirlər."

Ayətullah Xamenei "Təbii heç bir iradəli və anlayışı olan İranlı özünün güclü olan tərəfi mövzusunda müzakirə etməz. Onlar hətta bölgədəki strateji varlığımız haqqında da müzakirə etmək istəyirlər. Yəni bunu itirməyimizi istəyirlər. Demək əslində bunlarla müzakirə səhvdir. Təbii  onların özü də düz insanlar deyil; heç bir razılaşma və ya müzakirəyə də sadiq qalmazlar. Bizim ağıl sahiblərimiz arasında heç kəs (təslimçi) müzakirə istəməməkdədir.", -deyə əlavə edib.

Amerikanın düşmənliyinin İslam İnqilabının qələbəsindən sonra başladığını deyən Ayətullah Xamenei düşmənliyin keçmişdəkindən daha çox və açıq-aşkar olduğunu bildirib: "Bunu bilməyimiz lazımdır ki, uca səslə təhdid səsləndirənlərin gücü - əslində o qədər deyil.".

İslam İnqilabı lideri Trampın "İranda hər cümə dövlət əleyhinə etirazlar var" iddiasına isə "Düşmənlərin hesablamaları o qədər səhvdir ki, prezidentləri Tramp, Tehranda cümə günləri dövlət əleyhinə aksiyaların keçirildiyini bildirir. Birincisi Cümə deyil, şənbə günüdür, ikincisi də Tehranda deyil, Parisdədir."


Ayətulah Xamenei: Müharibə olmayacaq, çünki...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp: Türkiyəyə F-35 satılmayacaq
    ABŞ prezidenti Donald Tramp Türkiyənin F-35 alışı ilə bağlı vəziyyəti şərh edib.
     17.07.2019
    Türkiyədə ABŞ və İsrail əleyhinə mitinq
    Türkiyədə çevriliş cəhdinin ildönümündə aksiya keçirilib.
     17.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ