Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:1.12.2021 12:22:03

Axır zamanın əlamətləri barədə Peyğəmbərdən (s) nəql edilən hədisi nəzərinizə çatdırırıq.

Hədisdə deyilir ki, bir gün Peyğəmbər (s) Kəbə evini təvaf edərkən səhabələri yanına toplayıb buyurur:

“Sizə axir zamandan və onun əlamətlərindən xəbər verimmi?”

Səhabələr: Bəli! Ey Allahın rəsulu (s)!

Peyğəmbər (s) buyurdu:

“Axir zamanda namazlar zay edilər, ehtiraslar aşkar olar, tamah və nəfsə meyl edilər, sərvətlilər əziz tutular, din dünyaya dəyişilər, bu vaxtı möminin qəlbi susuzluqdan duzlu su içib daha da susuzluqdan yanan bir adam kimi yanar lakin dinini qorumağa qudrəti çatmaz.

Salman bu vaxt təəccüblə dedi: Ey Allahın rəsulu bu necə olar?!

Peyğəmbər (s) davam etdi:

Bəli ey Salman! Allaha and olsun ki, o zaman rəhbərlər sitəmkar, köməkçiləri fasiq (əxlaqsız və pis əməl sahibi), qərar qəbul edənlər və asayiş qoruyanlar xain və quldur olar. Yaxşılıqlar pis, pis işlər yaxşı kimi tanınar. Əmanətlər xəyanətkarlara etibar edilər.

Yalançılar doğru, düz danışanlar yalançı hesab edilər.

Axir zamandaqadınlar rəhbərlik əldə edərlər, onlarla məşvərət edilər.

Minbərdə kiçiklər (mənəviyyatca) oturar, gözəl yalanlar uydurar.

Zəkat vermək zərər hesab olunar.

Xalqın malı (dövlətin, xalqın büdcəsi) qənimət hesab olunar.

Övladlar ata-anaları ilə köbud, dostları ilə mehriban davranar.

Günahkarlar hörmətli olar!

Salman soruşdu: Belə şeylər olacaq?!

Peyğəmbər (s):
Bəli ey Salman! O zaman qadınlar ərləri ilə ticarətdə ortaq olarlar, yağışlar azalar, gənclər paxıl olar, qadınları çılpaq olar, bazarları yaxın olar (çoxalar). Hamı Allaha şikayətçi olar, biri deyər heç nə satmadım, digəri deyər heç xeyir götürmədim.
Bu zaman başlarına bir dəstə rəhbərlik edən müsəllət olarki, etiraz edəni öldürər, sakit qalanın malın qarət edib əlindən alar, ürəklərini qorxu ilə doldurar.
Əşyalarını və qayda qanunlarını şərqdən və qərbdən əldə edərlər, bu zaman mənim ümmətim rəngarəng olar (həm daxilləri, həm zahirləri rəngarəng olar), kiçiklərə rəhm olunmaz, böyüklərə ehtiram edilməz.
Zahirən insan kimi olarlar, lakin qəlbləri şeytan kimi olar.
Kişiləri özlərini qadına, qadınları özlərini kişiyə bənzədərlər. Allah onlara lənət eləsin!
Kişilər və oğlanlar qızıl taxar, ipək geyər.
Məscidlər bəzədilər, minarələr ucaldılar, namaz qılanların sayı cox olar, lakin qəlbləri boş olar, daxillərində bir-birinə kin olar.
Faiz, ruşvət, qeybət adiləşər.
Varlılar lovğalıq üçün, kasıblar riyakarlığ üçün həccə gedər.
Quranı və elmi Allahdan başqası üçün oxuyar, öyrənərlər. Zinalar aşkar yayılar, insanlar dünya üçün düşmənçilik edər, yalanlar artar, pislər yaxşılara hakim kəsilər.

Əyinlərindəki libasları ilə öyünərlər, günahlar çoxalar, xəbərçilik və fəqirlik vüsət alar, musiqi qumar təriflənər, yaxşılığa dəvət pis bir şey hesab olunar.
O zamanın möminləri xar, Quran oxuyanları və ibadət edənləri bir-biri ilə pis rəftar edər, pis danışarlar. Səma əhli də onları pis hesab edər.
Varlıları kasıbçılıqdan qorxar, kasıblara rəhm etməz. Nalayiq insanlar cəmiyyət arasında həqiqət olmayan şeylər danışar.
Xəzinələr qızıl gümüşlə dolu olar, lakin digər insanlara faydası olmaz. Dünya axirətdən üstün tutular!

Mənbə: Biharul-ənvar. Cild-6. Səh-306.

İslamazeri.com


Axirəzzamanın əlamətləri

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ