1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:26.05.2020 16:13:32

Faiq Əmirlini İnziabti Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli biliblər

Dünən mayın 25-də Sabirabad rayon Məhkəməsi (Bakıdan 170 kilometr cənub-qərb), Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlini İnziabti Xətalar Məcəlləsinin 510-cu (ictimai qaydanı pozma) maddəsi ilə təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Bu barədə Turana  Faiq Əmirlinin ailəsindən bildirblər.

“Biz ailəlikcə Faiqin  valideynlərini ziyarət etmək  üçün onun anadan olduğu Sabirabad rayonunun Rüstəmli kəndinə gəlmişik. Bu gün saat 15-də bir polis əməkdaşı və bir mülki geyimli şəxs gəldi ki, rayonun polis rəisi Faiqlə söhbət etmək istəyir. Faiq onlarla getdi, saat19-da Faiq zəng etdi ki, məhkəmə ona 15 sutka inzibati həbs kləsib,” Əmirlinin həyat yoldaşı Amerikanın Səsinə deyib.

Bu, Faiq Əmirlinin karantin dövründə ikinci inzibati həbsidir. O aprelin 9-da Bakının Səbail rayon Məhkəməsinin qərarı əsasında hakim Ülviyyə Şükürovanın sədriliyi ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin (karantin rejimini pozma) pozulmasında günahlandırılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Faiq Əmirlinin həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP-nin məlumatına görə, karantin dövründə bu partiyanın 30-dək fəalı inzibati qaydada, 3 fəalı isə cinayət təqibi ilə həbs edilib.

Rəsmi qurumlar AXCP fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi karantin qaydalarının tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirib.

Faiq Əmirli bundan öncə 2016-cı ildə də həbs olunub.

"Azadlıq" qəzetinin maliyyə direktoru olmuş Faiq Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (KİV-dən istifadə etməklə milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. İlk anlarda Əmirli Türkiyədə fəaliyyət göstərən “Hizmet” Hərəkatının imamı kimi təqdim olunub.

Sonradan, 2017-ci il aprelin 17-də ona yeni ittihamlar irəli sürülüb - Cinayət Məcəlləsinin 213.1-ci maddəsi (vergidən yayınma) və 308-ci maddəsi (vəzifə səlahiyyətindən sui-istifadə).

Əmirli ittihamı “gülünc və sifariş” adlandırıb.

2017-ci il sentrabrın 15-də Apellyasiya Məhkəməsi onun barəsində 2 il 6 ay şərti cəza təyin edərək məhkəmə zalından azadlığa buraxıb.-


AXCP sədrinin köməkçisi ikinci dəfə həbsə məhkum edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ