EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.08.2019 11:02:54

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı saxlanılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalı saxlanılıb.

AXCP-nin məlumatına görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanılıb. Onu iki gün qabaq Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə polislər həbs edib.

Ailə üzvlərinin dediyinə görə İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

AXCP-nin digər məlumatında isə deyilir ki, avqustun 20-də həmçinin daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib.

“Səbəb kimi əsasən fb-də sərt yazıları göstərilir.”

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 54 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.

AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.(Amerikanınsəsi)


AXCP-nin iki fəalı saxlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ