1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.04.2020 12:04:07

Partiyadan fəalların saxlanılmasını son günlər ərzində AXCP-yə qarşı təzyiqlərlə əlaqələndirirlər

Aprelin 22-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xəzər şöbəsinin üzvü Əvəz Əhmədov Xəzər Rayon Məhkəməsi tərəfindən 20, AXCP Suraxanı şöbəsinin üzvü Arif Babayev isə Suraxanı Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs olunub.

Əvəz Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi, Arif Babayev isə İXM-nin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) maddəsinin pozmasında təqsirli bilinirlər. 

Bu barədə Turana  AXCP-dən məlumat verilib. 

Hər iki fəal aprelin 22-də mülki geyimli şəxslər tərəfindən saxlanılıblar.

Partiyadan fəalların saxlanılmasını son günlər ərzində AXCP-yə qarşı təzyiqlərlə əlaqələndirirlər.


AXCP fəalları həbs olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ