1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2020 21:59:27

Bu barədə dövlət tərəfindən təyin edilmiş vəkil Əhməd Fərhadov bildirib.

İslamazeri.com xəbər verir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır və ona qarşı Cinayət Məcəlləsinin 214-1 maddəsi (Terrorçuluğun maliyyələşdirilməsi) ilə cinayət işi başlanıb.

Bu barədə Amerikanın Səsinə dövlət tərəfindən təyin edilmiş vəkil Əhməd Fərhadov bildirib. 

Onun sözlərinə görə, mayın 16-da Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Niyaməddin Əhmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aprır.

“Məhkəmədə Niyaməddin Əhmədov da, mən də çıxış etdim. Əhmədov ittiham üzrə özünü günahkar bilmədi. Məhkəməyə bildirdi ki, terrorçuluqdan söhbət gedə bilməz. Sadəcə ona olan borc pulu göndəriblər. Buna baxmayaraq məhkəmə Əhmədov barədə həbs qətimkan tədbiri seçdi,” vəkil qeyd edib.

İttiham sübut edilərsə Əhmədovu 10 ildən 14 ilədək həbs gözləyir.

AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə bildirib ki, bu ittiham "hüququn ayaq altına atılması" deməkdir.

“Bu ən yüksək səviyyədə siyasi sifarişdir. Niyaməddin Əhmədov 2019-cu ilin 19 oktyabr aksiyasında AXCP sədri Əli Kərimlini axıradək müdafiə etdiyinə görə cəzalandırılır,” Seymur Həzi qeyd edib.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".


AXCP fəalına qarşı terrorçuluğun maliyyələşdirilməsi maddəsi ilə cinayət işi açılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ