Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.01.2022 12:15:25

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz.

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

İslamazeri.com xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, bir parklanmanın müddəti 48 saatdan artıq ola bilməz və sürücülər nəqliyyat vasitəsinin parklanma yerində 48 saatdan artıq saxlanmasına görə inzibati məsuliyyət daşıyırlar. Lakin parklanma yerlərində parklanmanın vaxtı və müddəti əlavə məlumat nişanları vasitəsilə məhdudlaşdırıla bilər.

Qanunun hazırkı variantı isə belədir:

"Bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin 127-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağı barədə məlumatı parkomat vasitəsilə də əldə edə bilər".


Avtomobillərin parklanması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ