EURO 1,9649 NEFT 81,5
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.11.2017 12:51:28

Noyabrın 16-dan etibarən avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

Trend xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təyin etdiyi normaya, eləcə də “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

Dövlət Komitəsinin qəbul etdiyi qərara əsasən, hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilib.

Sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.


Avtomobil sahiblərinin NƏZƏRİNƏ: 1 gün qaldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO
    Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
     17.10.2018
    Yağış Badamdarda sürüşməni intensivləşdirdi - VİDEO
    Badamdar sürüşmə zonasında aktivlik dinamikası dayanmayıb.
     17.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ