1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.11.2019 15:15:36

Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.

Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli  kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.

Virtualaz.org Avstraliya KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan hava karqosu ilə göndərilən və yumşaq materiala bükülü olan, beş bağlamadan ibarət həmin narkotik maddə 2019-cu il sentyabrın 8-də Sidney aeroportunda ələ keçirilib.

 

Avstraliya sərhəd qoşunlarının vəzifəli şəxsləri bağlamalardan birini açanda orada metamfitamin  tərkibli narkotik maddənin gizlədildiyini müəyyən ediblər. “Müəyyən edilib ki, hər bağlamada 1.5 kiloqrama yaxın pereparat var”,-polisin yaydığı məlumatda deyilir. Polis bildirir ki, “buz” adlanan həmin narkotik maddənin cəmi ağırlığı 7.5 kiloqram olub və parakəndə satış qiyməti ilə dəyəri 5.6 milyon dollar edir.

Yükün aşkar edilməsindən iki həftə sonra polis Sidney ətrafındakı Castle Hill rayonunda yaşayan 48 yaşlı Artu Zahed adlı şəxsi həbs edib. Ona qarşı “buz” kimi tanınan narkotik maddəni böyük miqdarda, satış məqsədi ilə ölkəyə gətirmək ittihamı irəli sürülüb. Şəxs saxlanılıb, onun girov əvəzində sərbəst buraxılması istəyi rədd edilib. Həmin şəxs bu gün noyabrın 21-də yenidən Feyrfild rayon məhkəməsi qarşısına çıxarılacaq.


Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qadınlara hücum edərək təpik vuran şəxs həbs olundu  -  VİDEO 18+
    Tatarıstanda qadınlara hücum edərək təpik vuran şəxs həbs olunub.
     09.07.2020
    Bloqer Çeçenistanda həbs olundu, ittiham isə...
    Çeçenistan prokurorluğu Şimali Osetiyadan olan bloqer Malika Cikayevaya qarşı ittihamnamə irəli sürüb
     09.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ