EURO 1,9635 NEFT 80,87
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2018 16:19:57

Parlament üzvü Mayk Kellinin ofisinin qarşısına donuzun içalatını atıblar.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Avstraliyanın Yeni Cənubi Uels ştatının Kvinbin şəhərində biabırçı irqçi hadisə baş verib. Naməlum şəxslər yəhudi qadınla ailə qurmuş parlament üzvü Mayk Kellinin ofisinin qarşısına donuzun içalatını atıblar.

Maraqlıdır ki, bu, siyasətçinin irqçilərinin hücumuna məruz qaldığı ilk belə hal deyil. Sentyabrın 1-i onun Beqa şəhərindəki ofisinin qapısında faşizmin simvolları çəkilib.

Qeyd edək ki, siyasətçinin özü hərbi hüquqşünasdır; o, Somali, İraq və Bosniyada xidmət edib. O, bu hücumlara fəlsəfi baxır, lakin qeyd edir ki, bu, Avstraliyada ekstremizm probleminin olmasının əyani sübutudur.

“Mən müharibədə olarkən bundan da qorxulu təhlükələrlə üzləşirdim. Mən tutduğum vəzifədən asılı olmayaraq irqçilik və cəhalətlə mübarizə aparmağa davam edəcəyəm.”, - deyə o bildirib.

Xatırladaq ki, ekspertlərin fikrincə, Avstraliyada son 1 ildə antisemit insidentlərin sayının 10 faiz artmasının səbəbi ölkədə nasist meyilli “Anripodean Resistance” adlı qrumlaşmanın yaranmasıdır. Adıçəkilən qruplaşmanın ideologiyası “ağ irqin” üstünlüyü və yəhudilərlə “mübarizədir”.


Avstraliyada irqçilər müsəlmanlardan yəhudilərə keçdilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda əhalinin sağlamlığını təhlükəyə atan 6 nəfər həbs edildi
    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
     16.10.2018
    Xatəmi: İran uydurma nüvə böhranında xoş niyyətini göstərdi
    Xatəmi İranın uydurma nüvə böhranında yaxşı niyyətini və beynəlxalq səviyyədə üzərinə məsuliyyət götürə bildiyini göstərdiyini bildirib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ