Azərbaycanın düşmən ermənilərin hücumlarına cavab və işğal altındakı torpaqlarını azad etməsi üçün başlatdığı əks-hücuma dəstək olaraq Avropada azərbaycanlılar, həmçinin türkiyəlilərdən dəstək gəlməkdədir.

İslamazeri.com Az.shafaqna.com- istinadən xəbər verir ki, Almaniyanın Berlin şəhərindəki İmam Sadiq məscidi, Almaniyanın Köln şəhərindəki Əhlibeyt məscidi, Hollandiyanın Haaqa şəhərindəki Əhlibeyt məscidi “Azərbaycana və şəhid ailələrinə dəstək” yardım kampanyasına start verib.
Kampaniyaya Almaniyanın Berlin şəhərindəki İmam Sadiq məscidinin imamı Kərim Uçar, Almaniyanın Köln şəhərindəki Əhlibeyt məscidindəki imamı Mirbaqir Ağayev, Hollandiyanın (Niderland) Haaqa şəhərindəki Əhlibeyt məscidindəki imamı Türkcan İkbal rəhbərlik edir.
Avropanın Əhlibeyt məscidlərindən Azərbaycana dəstək kampaniyası