EURO 1,8962 TRY 0,2805
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:08.03.2019 22:56:27

Şotlandiyanın Abardin (Abardeen) şəhəri Avropanın enerji paytaxtı sayılır və upstream sektorunun dünya mərkəzi adını almaq uğrunda Hyustonla (ABŞ) rəqabət aparır

 İslamazeri.com xəbər verir ki, Abardeen şəhərinin təməli Qədim Romanın müstəmləkəsi Devanın yerində qoyulub və iki çayın - Di və Donun məcraları arasında uzanır. Bu çaylar şəhəri iki hissəyə - Köhnə Aberdeenə (şimal hissə) və Yeni Aberdeenə (cənub hissə) ayırır. XII əsrdən başlayaraq XV əsrə qədər Aberdin Şotlandiya krallarının iqamətgahı olub. XIX əsrdə Aberdeen Şotlandiyanın şimal-şərq hissəsində mühüm şəhərlərindən birinə çevrilib.

Aberdeen hazırda  Böyük Britaniyada, Şotlandiyada şəhərdir. Aberdeen Birləşmiş Krallığın nəhəng liman şəhəridir. Buradan neft buruqlarına xidmət göstərmək üçün xeyli gəmi yola çıxır. Şəhərin və qraflığın əhalisi birlikdə yarım milyondan artıqdır. Bilavasitə Aberdeendə 200 mindən artıq insan yaşayır. Aberdeendə iki universitetdən və çox sayda tədris və təhqiqat intstitutlarından ibarət güclü akademik baza var. Şotlandiyada əsas fəaliyyəti bütün sənaye sektorlarının inkişafına və onların əməkdaşlarının ixtisaslarının artırılmasına yönəlmiş bir sıra şirkətlər çalışır.

Şəhər Avropanın enerji paytaxtıdır və upstream sektorunun dünya mərkəzi adını almaq uğrunda Hyustonla (ABŞ) rəqabət aparır. Bundan başqa, o, Şərq yarımkürəsində Britaniyanın və Avropanın bütün əməliyyatları üçün strateji bazadır. 

FOTO QALEREYA


Avropanın enerji paytaxtı - Abardeen - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani İran gənclərinə səsləndi: Siyasətə qoşulun!
    İran prezidenti gənclərlə bağlı çıxış edib.
     20.05.2019
    Yağış yağacaq, dolu düşəcək
    Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ