EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.10.2019 22:16:15

Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq.

Almaniya kansleri Angela Merkel bəyan edib ki, federal hökumət kürdlərə qarşı hərbi əməliyyata görə artıq Türkiyəyə silah satmayacaq. O, bunu Türkiyə Suriyada atəşkəsə razılıq verməzdən əvvəl deyib.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir.

Türkiyəyə hərbi eksportu dayandırdığını daha əvvəl Britaniya açıqlamışdı, İspaniya, Hollandiya, Norveç, Fransa, Çexiya, İtaliya və Finlandiya isə silah satışını məhdudlaşdıracaqlarını bildirmişdilər.

Türkiyə kifayət qədər böyük silah idxalçısıdır. Sülh problemlərini araşdıran Stokholm institutu (SIPRI) 2019-cu ilin mart ayında dərc etdirdiyi araşdırmasında Türkiyənin ən çox silah alan ölkələr siyahısında 13-cü yerdə olduğunu göstərib.

Araşdırma 2014-18-ci illəri əhatə edib, həmin dövrdə Türkiyəyə ən çox silah ixrac edən, bu ölkənin ehtiyacının 60%-ini ödəyən ölkə ABŞ olub; 17% - İspaniyanın, 15% isə İtaliyanın payına düşüb.

Beləliklə, Türkiyənin bu sahədəki ən böyük partnyoru ixracın durdurulması barədə hələ ki, heç bir açıqlama verməyib.

Bütün bu məhdudlaşdırmalar bir-birinə bənzəsə də, detallarına görə fərqlidirlər.

Məsələn, Britaniya, İspaniya və Fransa elan ediblər ki, Suriyada tətbiq edilə biləcək silahlarla bağlı yeni müqavilə imzalamayacaqlar. Angela Merkelin isə qərarı embarqonu sərtləşdirib - o, bütün ixraca qadağa qoyub.

İtaliya və Norveç dərhal Türkiyəyə bütün hərbi ixraca qadağa qoyublar, Çexiya isə nəinki sonrakı ixracı, hətta hazırda mövcud olan lisenziyaları da donduracaq və yenilərinin verilməsini qadağan edəcək.

Türkiyə nə qədər silah ixrac edir?

Türkiyənin tam olaraq nə qədər silah ixrac etməsi barədə dəqiq məlumat yoxdur.

Türkiyə Statistika İdarəsi (TSİ) bildirir ki, 2018-ci ildə "silah və sursat, onların komponentləri, detalları və aksesuarlarının" ixracı 2018-ci ildə 365 milyon dollar təşkil edib.

Digər mənbələr başqa rəqəmlər açıqlayırlar. Məsələn, "Bild" qəzeti yazır ki, 2018-ci ildə Almaniyadan Türkiyəyə silah ixracı bu ölkənin silah eksportunun təxminən üçdə birini təşkil edib və təqribən 242,8 milyon avro dəyərində olub. 2019-cu ilin ilk səkkiz ayında isə Türkiyə Almaniyadan 250,4 miyon avroluq silah alıb. Amma TSİ 2018-ci ildə Almaniyadan cəmi 14 milyon dollarlıq silah alındığını açıqlayıb.

Türkiyənin Müdafiə və Aeorokosmik Sənaye İstehsalçıları Dərnəyi 2018-ci ildə ölkənin 739 milyon dollarlıq quru silahları idxal etdiyini, bunun 447 milyonun Avropa ölkələrinin payına düşdüyünü bildirib.

Dəniz hərbi sistemlərinin idaxlı 165 milyon dollar təşkil edib, Aİ ölkələrinin bu idxaldakı payı 92 milyondur. 522 milyon dollarlıq hərbi aviasiya idxalında əsas pay isə ABŞ-a məxsusdur - 348 milyon dollar.

Türkiyə Almaniyadan "Leopard-2" tanklarını, 214 layihəsinin sualtı gəmiləri (Türkiyə tərsanələrində düzəldilir), təyyarələr və dənizlər üçün dizel və turbovintli mühərikkləri; Fransadan "Ocean Master" aviasiya radarları; Hollandiyadan meteopeyklər idxal eidr. Altı ədəd "ATR72-600" təyyarəsinin sualtı gəmilərə qarşı təyyarələrə çevrilməsi və "A129C Mangusta" hücum vertolyotlarının lokal ATAK versiyasının idxalıyla bağlı müqavilə İtaliyanın payına düşüb. Və bu, qətiyyən tam siyahı deyil.


Avropadan Türkiyəyə silah embarqosu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ