EURO 1,9635 NEFT 79,71
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.10.2018 10:46:55

ABŞ artıq Avropada mümkün hərbi toqquşmalar üçün “təməlin atılması” ilə məşğuldur.

İslamazeri.com-un “Defense News”-a istinadən verdiyi xəbərə əsasən, Avropada genişmiqyaslı müharibənin baş verəcəyi halda ABŞ hərbçiləri güclə münaqişə zonasına çatacaq.

Məqalənin müəllifi Devid Larter qeyd edir ki, ABŞ artıq Avropada mümkün hərbi toqquşmalar üçün “təməlin atılması” ilə məşğuldur.

Lakin əgər müharibə elə sabah başlasa, ABŞ hərbçilərinə tankları, ağır silah və avadanlıqları (Avropaya) göndərmək çox çətin olacaq.”, - sənəddə deyilir.

Bildirilir ki, bu gün ABŞ 2-ci dünya müharibəsi dövrü ilə müqayisədə silah daşıya biləcək daha az nəqliyyat gəmisinə sahibdir. Üstəlik ölkənin Baş Nəzarət-Büdcə İdarəsi bildirir ki, texnikalardakı nasazlıq və xarablıqların sayı daim artmaqdadır.

Belə ki, döyüşə hazır bütün 46 gəmi nəzərəçarpacaq qədər köhnəlib, onların istifadə müddəti isə sona çatmaqdadır. Bundan başqa, ABŞ Hərbi Dəniz Qüvvələri kadr problemi də yaşayır: gənc mühəndislər köhnəlmiş qurğularla necə işləməli olduqlarını bilmirlər, bunu bacaran kifayət qədər ixtisaslaşmış mütəxəssislər isə tezliklə təqaüdə çıxacaqlar.

Hətta əgər ABŞ Avropaya kifayət qədər qoşun göndərə bilsə belə, başqa ciddi bir problemlə üzləşəcək: onların öz kontingentini necə təchiz və təmin edəcəyi bəlli deyil, deyə materialda qeyd edilir.

ABŞ-ın səfərbərlik potensialının azalması rəsmi Vaşinqtonun təşvişinə səbəb olur. Çünki milli təhlükəsizlik strukturu Çin və Rusiya tərəfindən olan ikiqat təhlükə ilə mübarizə ilə üzləşib.”, - deyə yazılır.

Üstəlik, HDQ kapitanı Cerri Hendriksin sözlərinə görə, ABŞ hərbi sahədə digər dövlətlərlə rəqabətə “ciddi yanaşır”. Məhz buna görə də, silahların danışması məsələsi “artmaqda olan strateji problemə” çevrilir.

Əgər bizim belə miqyasda əməliyatların keçirilməsi üçün  zəruri olan təminat qüvvələrimiz - təminat gəmi və qatarlarımız olmasa, bizim böyük dövlətlərlə rəqabət üçün potensialımız olmayacaq.”, - deyə o qeyd edib.


Avropada müharibə olsa ABŞ-ı bu problemlər gözləyir - ABŞ-LI HƏRBÇİDƏN ETİRAF

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Trampdan etiraf: Ordumuz Çin və Rusiyadan geri qalır
    "Birinci onlar başladılar."
     15.10.2018
    Kim Çen In ABŞ-ın bu istəyinə
    Şimali Koreya lideri ABŞ-ın dövlət katibinin xahişinə mənfi cavab verib.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ