1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.05.2020 13:39:30

Avropanın bir çox ölkələri alimlərin tövsiyələrinə rəğmən məktəbləri açır.

Artıq gələn həftədən etibarən Avropanın bir çox ölkələri alimlərin tövsiyələrinə rəğmən məktəbləri açır. 

İslamazeri.com Sputnik-ə istinadən xəbərinə görə, bir çox alimlər hökumətlərə tövsiyə olaraq bildiriblər ki, məktəblərin açılması koronavirusun daha geniş yayılmasına və nəticə etibarı ilə rəqəmlərin artmasına səbəb olacaq.

Lakin buna baxmayaraq artıq Danimarka və Norveçdə məktəblər açılıb. Həmin ölkələrdə infeksionistlərin qərarından sonra Danimarka və Norveçdəki bəzi məktəblərlə yanaşı körpələr evləri artıq açılıb və İsveçrədəki nənə və babalara 10 yaşınadək olan nəvələrini qucaqlamağa icazə verilib.

Mayın 11-dən isə Fransada məktəblərin açılması planlaşdırılır. Almaniyada isə artıq ötən gündən etibarən oyun meydançaları açılıb. Gələn həftədən isə məktəblilər həftəlik növbəli sistemlə məktəbə gedəcəklər. Yəni 20 nəfərlik sinifdə şagirdlərin 10-u məktəbdən, 10-u isə eyni zamanda evdən dərslərə başlayacaq. Növbəti həftədən isə növbələr dəyişəcək, yəni mayın 11-dən bir həftə ərzində məktəbdə dərs alan şagirdlər növbəti həftədə evdən dərs alacaqlar. Hələlik isə Almaniya müvəqqəti olaraq musiqi və idman dərslərini kurikulum sistemindən uzaqlaşdırıb. Lakin ölkədə hələlik uşaq bağçalarının açılmayacağı ilə bağlı qərar verilib.

Avropada sosial məsafəni qorumaq üçün məktəblərdə şagirdlərin fərqli vaxtlarda dərsə başlayacağı və fərqli vaxtlarda sinif otaqlarını tərk edəcəyi qərarlaşdırılıb.

Fransanın aşağı yaşlılar üçün nəzərdə tutulan orta məktəbləri yalnız virusun geniş yayılmadığı ərazilərdə açılacaq. Bununla belə, virusun yayılma arealının genişlənməməsi üçün bütün idman oyunlarının qadağası hələ də qüvvədə qalacaq.

Bundan başqa, Avropada artıq açılan məktəblərdə birdən artıq şagirdin toxuna biləcəyi bütün əşyaların dezinfeksiya olunmasının vacibliyi tövsiyə olunur.


Avropada məktəblər açılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ