1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.05.2020 13:08:21

Avropa ölkələri karantin məhdudiyyətlərinin yumşaldılması ilə bağlı tədbirlər görür.

İslamazeri.com xəbər verir ki, koronavirusla bağlı ölüm səviyyəsinin azalması fonunda Avropa ölkələri karantin məhdudiyyətlərinin yumşaldılması ilə bağlı tədbirlər görür.

Portuqaliya, İspaniya və Yunanıstan belə ölkələr sırasındadır. Bəzi karantin tədbirlərini qaldıran İtaliya 3 iyun tarixindən etibarən ölkəyə giriş və çıxış məhdudiyyətinin ləğv olunması barədə qərar qəbul edib.

İtaliya koronavirusla bağlı ən çox ölüm hallarının olduğu ölkələrdən biridir. Burada Covid-19-dan 31.600-dən çox insan ölüb.

Bu, karantinlə bağlı tənəzzüllə üzləşən iqtisadiyyatların yenidən açılmasına yönələn əlamətdar hal sayılır.

Pandemiya fonunda Almaniya iqtisadiyyatı ilə bağlı rəqəmlər açıqlanıb və statistika ilin ilk rübündə 2,2 faizlik azalmanı nümayiş etdirir. Ümid edilir ki, karantinin tezliklə ləğvi iqtisadiyyatı yenidən canlandıracaq, - BBC Azərbaycanca bildirir.

Bu arada ABŞ-dakı Johns Hopkins Universitetinin statistikasına əsasən, dünya boyunca təsdiqlənmiş koronavirus hadisələrinin sayı 4,5 milyonu keçib. Bunlardan üçdə biri sağalıb. 307 mindən çox insan ölüb.

Tam qələbə...

"Son iki ay ərzində Sloveniya epidemiyanı dəf edib... Bu gün bütün Avropada ən yaxşı epidemioloji mənzərə bizdədir", - Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.

Hökumət bəzi ehtiyat tədbirlərini ləğv edəcək: məsələn, mayın sonunda vətəndaşlara və biznesə maliyyə yardımını dayandıracaq. Digər Avropa İttifaqı ölkələrinin sakinləri artıq Sloveniyaya gələrkən karantinə göndərilməyəcəklər. Aİ üzvü olmayan ölkələrin vətəndaşları üçün isə bu tələb qalacaq.

Lyublyana həmçinin ictimai yerlərdə sosial məsafənin qorunmasında və maskaların geyilməsində israr edir. Kütləvi tədbirlər də qadağandır. Hökumətdə vurğulayırlar ki, antikarantin tədbirləri ən azı 14 gün davam edəcək, - Sputnik Azərbaycan qeyd edir.

Estoniyanın Sosial İşlər naziri Tanel Kiyk də ölkəsinin koronavirus infeksiyası üzərində qələbə qazanmağa müvəffəq olduğunu bildirib. Bu barədə ERR xəbər verir. Onun sözlərinə görə, hazırda Estoniya yalnız ikinci dalğalarla, kiçik lokal infeksiya ocaqları ilə üzləşir.

Kiykin fikrincə, səmərəli və vaxtında yeridilmiş karantin sayəsində buna nail olmaq mümkün olub. Nazir əmindir ki, karantin olmasaydı, koronavirus xəstəliyinə ən azı 20 min adam yoluxa bilərdi və ən azı min nəfər həlak olardı.


Avropada Koronavirus: Qələbə elan edən də var, tam yumşalmağa gedənlər də...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ