İspaniyanın kəndlərdən biri satışa çıxarılıb.

İslamazeri.com xəbər verir ki, İspaniyanın Asturiya regionundakı kəndlərdən biri satışa çıxarılıb.
Yaşayış məntəqəsini ilk dəfə hələ 2 il öncə 2,37 milyon avroya satmağa çalışıblar.
İndi isə satıcı böyük endirim edərək 1,87 milyon avro qiymətinə kəndi satışa çıxarıb.
Kənd əkin yerləri və meşələrlə əhatələnib. Oradakı evlərin pəncələrindən Pikos-de-Europa dağ silsiləsinə mənzərə açılır.
Alıcı bu məbləğin əvəzində 13 hektar ərazi və ümumi sahəsi 1000 kv metrdən artıq olan binalar əldə edəcək. Kənddə cəmi 12 ev var; onların əksəriyyəti yaxşı vəziyyətdədir və onlar təxminən 20 il öncə təmir ediliblər.
Bundan başqa, orada tikinti üçün 12 sahə və böyük avtomobil dayanacağı var. Hazırda yaşayış məntəqəsi 48 yerlik otel kimi fəaliyyət göstərir.
Avropada kənd satılır