EURO 2,07 NEFT 74,74
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2017 11:18:30

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

“8 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərilib.”, - deyə London polisinin nümayəndəsi bildirib.

İnsident bu gün gecə saatlarında baş verib. Furqonun sürücüsü hadisə şahidləri tərəfindən tutulub və polisə təhvil verilib.

Ölkə Baş naziri Tereza Mey bildirib ki, polis hadisəni potensial terror aktı kimi nəzərdən keçirir.

Böyük Britaniya Müsəlman Şurasının başçısı Harun Xan bildirib ki, hücumu törətmiş şəxs qabaqcadan planlaşdırılmış şəkildə və islamofob əhval-ruhiyyə ilə hərəkət edib.

O bildirib ki, Böyük Britaniyanın müsəlman icması son həftələr və aylar çox sayda islamofob problemlərlə üzləşib və bu gün baş verən də onlardan biridir.

“Gözləyirik ki, ölkə rəhbərliyi məscidlərin yaxınlığındakı təhlükəsizlik tədbirlərini gücləndirəcək.”. – deyə o bildirib. Xan əlavə edib ki, müsəlman icması daha əvvəl də oxşar çağırışlarla çıxış edib.


Avropada "İslam düşməni" məscid yaxınlığında hücum törətdi - FOTO-VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə yəmənlilərin mal-qarasına da aman vermir - VİDEO
    İslamazeri.com almasirah portalına istinadən xəbər verir ki, Səud Ordusu və dəstəkçiləri Yəmənin mülkü vətəndaşlarını hədəfə aldıqdan sonra, bu dəfə xalqın mal-qarasını da hədəfə alaraq onların kütləvi məhv edilməsinə səbəb olub.
     27.04.2018
    Avropa Liqası: Londonda qalib müəyyənləşmədi, Marseldə iki cavabsız top
    UEFA Avropa Liqasının yarımfinal mərhələsinin oyunları keçirilib.
     27.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ