1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.04.2018 17:14:56

Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb.

Aprelin 28-də Azərbaycanda səfərdə olan Avropa Parlamentinin daimi məruzəçisi Norika Nikolai hazırda həbsdə olan REAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. Görüş İlqar Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində baş tutub.

Bu barədə partiyadan açıqlama yayılıb.

"Görüşlə bağlı İlqar Məmmədov onlara bunu deyib: Görüşdə azadlığım haqqında hakimiyyətlə siyasi dialoqa dair bəzi tələblərimi təkrarən onun diqqətinə çatdırdım. Hansı ki, vəkilim vasitəsilə ötən il çatdırdığım o tələblər rədd edilmişdi", partiyanın məlumatında İlqar Məmmədova istinadən bildirilir.

Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai ötən həftə Azərbaycanda bir sıra rəsmilərlə görüşüb.

O, aprelin 27-də Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla bir araya gəlib. Görüşlərdə Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri müzakirə edilib.

Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o hələ də azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İlqar Məmmədovla bağlı qərarının nəzərə alınmamasına görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Bundan sonra, AİHM-in AŞNK-a, Azərbaycan hökumətinə və həbsdə olan İlqar Məmmədova məktub göndərdiyi açıqlanıb. Onda məsələ ilə bağlı tərəflərə bu il martın 1-nə kimi öz yekun rəylərini çatdırmaqdan ötrü vaxt verildiyi bildirilirdi.(amerikanınsesi)


Avropa Parlamentinin məruzəçisi İlqar Məmmədovla görüşüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyənin avtomobil ixrac etdiyi ölkələr arasında Azərbaycan birincidir
    Siyahıda ilk yeri 86 faizlə Azərbaycan tutur.
     19.11.2019
    Azərbaycanlı gənc qız qonşu ölkədə asılmış vəziyyətdə tapıldı
    İnquşetiyanın paytaxtı Nazranda yerləşən mağazaların birində asılmış vəziyyətdə olan qız meyiti tapılıb.
     19.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ