1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.05.2019 15:57:35

Q.İbadoğlu bildirib ki, erməni nazirin çıxışından sonra ona verilən sual və izahlı məlumat zaldakıların fikirlərinin tamam dəyişməsinə zəmin yaradıb

İqtisadçı ekspert Qubad İbadoğlunun dünən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın xarici işlər nazirinə verdiyi cavab auditoriyanın marağına səbəb olub.

İslamazeri.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu "Facebook" səhifəsində məlumat paylaşıb.

Q.İbadoğlu bildirib ki, erməni nazirin çıxışından sonra ona verilən sual və izahlı məlumat zaldakıların fikirlərinin tamam dəyişməsinə zəmin yaradıb:

“Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Çex Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı çoxsaylı auditoriyanın fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadiyyatın qurulmadığını, regionda sülhün və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri 15 dəqiqədən çox çalışdı və yenə də istəyinə nail ola bilmədi. Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.


Avropa Birliyi konfransı: İbadoğlundan erməni nazirə gözləmədiyi REAKSİYA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-lı alimlər: Üzdə tük xərçəng riskini 16 dəfə azaldır! - ARAŞDIRMA
    ABŞ-lı alimlər üzdəki tüklə bağlı maraqlı faktı ortaya çıxarıblar.
     24.05.2019
    Türkiyədə dünyanın ən qeyri-adi sərgisi: Qumdan abidələr - FOTO/VİDEO
    Türkiyədə Beynəxalq Qumdan Abidələr Festivalı start götürüb.
     24.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ