1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.11.2017 16:52:35

İki nəfərin qətli ilə bağlı beynəlxalq axtarışa verilən iş adamı Telman İsmayılovla bağlı maraqlı faktlar ortaya çıxıb.

Rus hüquq-mühafizə orqanlarından qaçaraq Türkiyəyə sığınan biznesmen bu dəfə də “qanuni oğru” Rövşən Lənkəranskinin qətl işi bağlı əsas fiqura çevrilib.

“Prestupnoy Rossii”nin yazdığı məlumata görə, 2016-cı ildə qətlə yetirilən Canıyevin cinayət işi hələ də açılmamış qalır. Baxmayaraq ki, 2017-ci ilin yanvarında Rəşad Gəncinski kriminal dairələrdə Lənkəranskinin onun sifarişi ilə öldürüldüyünü elan etmişdi. Qeyd edək ki, Rəşad Gəncinski isə öz növbəsində “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir.

Türkiyə hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Telman İsmayılov qardaşı vasitəsilə Lotu Quliyə ötən il Rövşən Canıyevin harda olması ilə bağlı son informasiyanı ötürüb. Məhz bu informasiyanın sayəsində Canıyev İstanbulda güllələnib.

Mənbə onu da qeyd edir ki, Nadir Səlifovun qardaşı müflis olan iş adamı T.İsmayılovun villasının fəxri qonaqlarından olub.

Təsadüfi deyil ki, Türkiyənin də onlar üçün təhlükəsiz yer olmadığını anlayan İsmayılov qardaşları sığınacaq üçün Fransaya üz tutublar.

Qafqazinfo 


AST Telmanın adı Lənkəranskinin qətlində hallandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ