1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:22.10.2019 10:30:30

Həmməruzəçilər qeyd edirlər ki, müxalif Xalq Cəbhəsi Partiyasının ən azı on üzvünün mitinq ərəfəsində saxlanıldığı və beşinin 60 günlük inzibati həbsə məruz qoyulduğu barədə məlumat alıblar.

Avropa Şurası Monitorinq Komitəsinin (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Rocer Geyl (Böyük Britaniya) oktyabrın 19-da Bakıda dinc mitinqin dağıdılması zamanı tətbiq edilən polis zorakılığı ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Məruzəçilər bir çox aksiya iştirakçısının saxlanılmasından və onlardan bəzilərinə qarşı ehtimal olunan amansız rəftardan narahatdırlar.

"Bu acınacaqlı hadisələrə toplaşmaq azadlığının pozulmasının davam etməsi və hökumət tənqidçilərinin fəaliyyətinə mane olan məhdudlaşdırıcı mühitin yaradılması kontekstində baxmaq lazımdır," deyə məruzəçilərin bəyanatında bildirilir.

"Hakimiyyət qanunun təşkilatçılardan əvvəlcədən xəbərdarlıq etməyi tələb edən müddəasından sui-istifadə edir və müstəqil qrupların şəhərdə toplaşmasının qarşısını sistemli şəkildə alır. Polisin icazəsiz dinc mitinqə reaksiyası hədsiz və qeyri-proporsional idi," deyə onlar bildiriblər.

Həmməruzəçilər qeyd edirlər ki, müxalif Xalq Cəbhəsi Partiyasının ən azı on üzvünün mitinq ərəfəsində saxlanıldığı və beşinin 60 günlük inzibati həbsə məruz qoyulduğu barədə məlumat alıblar.

"Çoxları mitinq zamanı həbs edilib, onların bəziləri, o cümlədən AXCP lideri Əli Kərimli isə işgəncələrə məruz qoyulub və vəkillərlə əlaqə saxlamaq imkanından məhrum edilib. Bəzilərinin saxlanıldığı yer naməlum olaraq qalır," deyə həmməruzəçilər əlavə ediblər.

 "Azərbaycanda toplaşmaq azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Biz hakimiyyəti dinc mitinqlərə qoyulan məhdudiyyətləri aradan qaldırmağa, qanunsuz olaraq saxlanılanların hamısını azad etməyə və ehtimal olunan işgəncə və amansız rəftar hadisələrini araşdırmağa çağırırıq", deyə məruzəçilər qeyd ediblər.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyi ölkədə sərbəst toplaşmaq azadlığının təmin edildiyni bildirib.

"Polis qurumları tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polis kübar və mədəni davranış nümayiş etdirib, heç bir insan xəsarət almayib,” Xarici İşlər Nazirliynin mətbuat katibi Leyla Abdullayeva qeyd edib.(Amerikaninsesi)


AŞPA məruzəçiləri dinc nümayişçilərə qarşı zorakılığı pisləyirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ