Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:27.10.2021 09:31:41

Buzlaqların sürətlə əriməsi təxminən 750 milyon insanın həyatına təsir edəcək.

Asiya qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər dağ buzlaqlarının kütləsinin 20%-40% itirə bilər və bu, birbaşa təxminən 750 milyon insanın həyatına təsir göstərəcək.

İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, bu proqnoz çərşənbə axşamı BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Cenevrədə dərc olunan, bir sıra tərəfdaşlarla birgə hazırladığı hesabatda yer alıb.

Mütəxəssislər qeyd edib ki, 2020-ci il hava və iqlimin sistematik müşahidələri zamanı Asiyada ən isti il qeydə alınıb. Həmin il orta temperatur 1981-2010-cu illərlə müqayisədə 1,39 dərəcə yüksək olub.

“Buzlaqların əriməsi sürətlənib və 2050-ci ilə qədər buz kütləsinin 20-40% azalacağı proqnozlaşdırılır ki, bu da regionda təxminən 750 milyon insanın həyatına və dolanışığına təsir göstərəcək”, - hesabatda qeyd edilir.

WMO xatırladıb ki, Asiyada buzlaqların sahəsi təxminən 100 min kv. kvadratmetrdir və bu, Yerdəki qütb bölgələrindən kənarda ən böyük buz kütləsidir. Buzlaqlar Asiyanın 10 böyük iri çayını qidalandırır.

Sakit, Hind və Şimal Buzlu okeanlarında səth temperaturu 2020-ci ildə bütün zamanların ən yüksək hərarəti olub. Asiyanın dəniz hövzələrində və onun ətrafında suyun temperaturu Yerdəki orta səviyyədən yüksək sürətlə yüksəlir.


Asiyada buzlaqların əriməsi sürətlənib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ