1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:28.05.2019 02:40:56

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən "Buta Palace”nin art direktoru Ramiz Taxveli ilə bağlı istintaq yekunlaşıb.

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən "Buta Palace”nin art direktoru Ramiz Taxveli ilə bağlı istintaq yekunlaşıb.

İslamazeri.com "Qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusi amasızlıqla adam öldürməkdə təqsirləndirilən R.Taxvelinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

İstintaq bu işdə T.Taxvelinin mərhum arvadı Adelya Taxvelidən başqa, qızı Aliya Taxvelini də zərərçəkmiş kimi tanıyıb.

Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,

Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

Ramiz Taxveli narkotik maddələrə aludəçi olduğu üçün sonradan onun səhhətində problemlər yarandığı bildirilib.

Xatırladaq ki, Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur. Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə də bağlı bəzi məqamlar üzə çıxıb.

Adelya 2013-cu ildən "Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.


Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru barədə YENİ XƏBƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ