1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:20.02.2019 23:52:47

Bu sözləri açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə deyib.

"Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrim ilə oynayıram və onları bir həftə görməyəndə darıxıram”.

Bu sözləri Azxeber.com-a açıqlamasında Azərbaycan Respublikasının sabiq Baş naziri Artur Rasizadə deyib.

O bildirib ki, vaxtının çoxunu mütaliə etməklə və ailəsi ilə birgə keçirir: "Şükür Allaha ki, hər şey qaydasındadır. Vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirirəm. Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm.

Artur Rasizadə nəticələri haqqında da danışıb: "Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən bütün günümü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun! Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər".

Rasizadə zəngə görə də minnətdarlıq edib: "Siz sağolun ki, mənimlə maraqlandınız. İki gün öncə dedim ki, görəsən nə əcəb jurnalistlər mənimlə maraqlanmır, niyə məni axtarmır? Bu zəng məni çox sevindirdi, çox maraqlı gəldi. Allah hər birinizi qorusun, hamıdan çox razıyam".

Xatırladaq ki, Artur Rasizadə uzun müddət yüksək vəzifələrdə çalışıb. 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının Baş naziri işləyib. Dahi Azərbaycan ədibi Hüseyn Cavidin qardaşı nəvəsi olan A.Rasizadə iqtisadçıdır.


Artur Rasizadədən baş nazirlikdən çıxarıldıqdan sonra ilk AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ