1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:25.02.2019 00:51:01

Qərarda deyilir ki, 19 yanvar mitinqindən sonra bəzi iştirakçılar sakinlərin dincliyini pozub və ictimai təhlükəsizlik əleyhinə əməllər törədib.

Bakı Şəhər İcra Hakimiyyəti bir qrup müxalif qüvvəni birləşdirən Milli Şuranın fevralın 23-də "mitinq keçirməsini məqsədəuyğun hesab etməyib", BBC News Azərbaycancaya qurumdan deyiblər.

Qərarda deyilir ki, 19 yanvar mitinqindən sonra bəzi iştirakçılar sakinlərin dincliyini pozub və ictimai təhlükəsizlik əleyhinə əməllər törədib.

Milli Şuranın təşkilatçıları isə bu iddiaları qəbul etmir və deyir ki, aksiya dinc şəraitdə, hər hansı qarşıdurma olmadan keçib və heç bir iğtişaşa, qanunazidd hərəkətlərə yol verilməyib.

Millət vəkili Fazil Mustafa hesab edir ki, "mitinq keçirmək konstitusion hüquqdur və əgər buna icazə verilmirsə, tərəfin məhkəməyə üz tutmaq hüququ var".

"Müxalifətin 19 yanvar mitinqindən sonra..."

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın 23 fevralda mitinq keçirmək istəməsinə verdiyi rədd cavabını onunla əsaslandırır ki, "müxalifətin 19 yanvar mitinqindən sonra bəzi iştirakçılar nəqliyyatın fəaliyyətini və sakinlərin dincliyini pozub, ictimai təhlükəsizlik əleyhinə əməllər törədib".

Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov BBC News Azərbaycancaya deyib ki, "mitinqə niyə icazə verilmədiyi və problemlər mitinq təşkilatçıları ilə görüşdə onlara izah edilib.

 

Gültəkin Hacıbəyli

 

"Bu, ikinci "yox" cavabıdır"

Keçmiş millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin sözlərinə görə, bu, Bakı şəhər icra hakimiyyətinin 19 yanvar mitinqindən sonra ikinci "yox" cavabıdır.

"26 yanvarda mitinq keçirmək üçün müraciətimizə də "yox" cavabı verilib. İmtinanın səbəbi kimi göstərilmişdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov Milli Şuranın 19 yanvar mitinqi zamanı təşkilatçılar asayişin pozulması hallarının qarşısını ala bilmədiklərini və mitinqdən sonra yürüş xarakterli hərəkətlərin olduğunu bildirib.

Bakının polis rəhbəri buna görə də Milli Şuranın mitinq keçirilməsinə icazə verilməməsini istəmişdi".

Gültəkin Hacıbəyli xatırladır ki, 19 yanvar mitinqinin bitməsindən bir az sonra Bakı Şəhər Baş Polis İdarəsi yaydığı rəsmi bəyanatda mitinq zamanı heç bir asayişin ciddi pozulması halına rast gəlinmədiyini bildirib.

 

Etiraz aksiyası mitinq

 

Polis niyə müxalifətin mitinqi barədə fərqli məlumatlar yayır?

Baş Prokurorluğun həmin gün yaydığı məlumatda bildirilmişdi ki, 19 yanvarda keçirilmiş mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasının yaxınlığında qanunsuz yürüş keçirib.

Yürüşdə yetkinlik yaşına çatmayanların iştirakı, polisə qarşı tabesizlik hallarına yol verildiyi bildirilib.

Bu xəbərdən bir neçə saat əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin saytında yayılmış məlumatda mitinq zamanı hər hansı insident baş vermədiyi bəyan edilmişdi.

Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun mitinqdən sonra "asayişin pozulması və iğtişaşlara cəhdlərlə" bağlı açıqlaması olmuşdu.

 

Mintinqə cavab
Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın 23 fevralda mitinq keçirmək müraciətinə cavabı:

 

"Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyətlərini aşıb"

Gültəkin Hacıbəyli hesab edir ki, sərbəst toplaşma azadlığına görə, Bakı Şəhər İcra Hakimiyyətinin mitinqin keçirilməsinə icazə verməmək səlahiyyəti yoxdur. "Qurum bununla öz səlahiyyətlərini aşıb", o deyib.

Keçmiş deputat əlavə edib ki, mitinq keçirmək niyyətində olan vətəndaşlar onun yalnız tarixi və yeri haqda Bakı Şəhər İcra Hakimiyyətini öncədən xəbərdar etməlidirlər və həmin mitinqin dinc, konstitusion, asayişi pozmadan keçiriləcəyinə təminat verməlidirlər.

"Biz mitinqlərimizi həmişə belə şəraitdə keçiririk", - o əlavə edib.

Gültəkin Hacıbəyli bildirib ki, Milli Şuranın sərbəst toplaşma azadlığının məhdudlaşdırılması ilə bağlı yerli məhkəmələrdə dörd məhkəmə işi var və bunlara cavab qaneedici olmasa, Avropa Məhkəməsinə müraciət ediləcək.

 

Fazil Mustafa

 

"Yəqin əsası var..."

Millət vəkili Fazil Mustafaya görə, konstitusion hüququn gerçəkləşməsi hamı üçün əlçatan olmalıdır, amma hər hansı hadisə baş veribsə, yəqin BŞİH-nin rədd cavabına əsası var.

"Əgər keçmiş mitinqlərdə hər hansı ciddi insident və ya təhlükəsizliyə müəyyən problem yaradan hadisə baş veribsə və qərar bu mülahizə ilə verilibsə, onda Bakı Şəhər İcra Hakimiyyətinin yəqin ki, hansısa əsaslandırması var".

"Ehtimala görə insanların azadlığını formalaşdırmaq olmaz"

Siyasi məsələlər üzrə şərhçi Rauf Mirqədirov hesab edir ki, bir mitinq zamanı həs hansı hadisə baş verirsə, buna görə digər vaxtlarda sərbəst toplaşma azadlığına məhdudiyyət qoymaq olmaz.

BBC News Azərbaycancaya danışan Rauf Mirqədirov uzaq Fransadan misal çəkib:

"Fransada sarı jiletlilərin bütün aksiyalarının sonu polislə toqquşma ilə bitirdi. Polis də bilirdi ki, bu təkrarlanacaq, amma buna baxmayaraq ehtimal olunan hadisəyə görə insanların azad toplaşmaq hüququnu məhdudlaşdırmırdı. Əgər mən bir gün əvvəl küçəyə çıxanda polis maşınlarına hücum etmişəmsə, bu o demək deyil ki, bu gün də edəcəyəm".

Siyasi təhlilçi əlavə edib ki, hətta əgər polisin iddia etdiyi kimi, hər hansı iğtişaş olubsa və buna görə həbslər varsa, deməli, cəzalarını da alıblar: "Hansısa əvvəlki kütləvi aksiyalarda hansısa qaydalar pozulubsa, yeni kütləvi aksiyaları qadağan etmək absurddur. Nə vaxta qədər icazə verilməyəcək? Hansı qanuna əsasən?"

"19 yanvar mitinqindən əvvəl və sonra..."

Yanvarın 19-da Bakıda İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən "Məhsul" stadionunda müxalifətin mitinqi keçirilib. Mitinqin əsas tələbi video bloqçu Mehman Hüseynov və digər ictimai-fəalların azadlığa buraxılması olub.

19 yanvar mitinqi Milli Şuranın son aksiyalarından daha kütləvi olması ilə siyasi təhlilçilərin diqqətini cəlb edib.

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, REAL sədri İlqar Məmmədov BBC News Azərbaycancaya müsahibələrində vurğulayıblar ki, məhz 19 yanvar mitinqindən sonra hakimiyyət sərt siyasətini yumşaltmalı olub, uzun müddətdir dəyişməz qalan minimum əmək haqqı artırılıb, siyasi rəhbərlik sadə xalqın içində görünməyə başlayıb.

Millət vəkili Səməd Seyidov isə bu iddialarla razılaşmır.

O, BBC News Azərbaycancaya deyib ki, hakimiyyət hər zaman sadə xalqla təmasda olub.

Minimum əmək haqqının artırılması, vergilərlə bağlı son dəyişiklər və cəmiyyətin rifahını yüksəltməyə yönəlmiş tədbirlər 19 yanvardan bir neçə ay əvəl planlaşdırılmış və bu vaxtlarda tətbiqi nəzərdə tutulmuşdu.


Artıq müxalifətin mitinqinə icazə verilməyəcək?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tbilisidə İmam Həsənin mövludu və iftar mərasimi keçirilib - FOTO
    Bu axşam Tbilisi şəhərində Hz. İmam Həsənin (ə) təvəllüdü münasibəti ilə iftar zamanı tədbir keçirilib
     20.05.2019
    Türkiyə-İran sərhəddində yaşayan kiçik ticarətçilərə qarşı “casus əməliyyatı” - ƏTRAFLI
    Türkiyənin Van şəhərinin Saray və Özalp rayonlarında 14 mayda “İran casusu” ittihamları ilə keçirilən əməliyyat haqqında ətraflı məlumatlar yayılıb.
     20.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ