EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:15.03.2019 16:36:28

Komitə sədri bildirib ki, regionların inkişafı, səhiyyə, təhsil obyektlərinin yaradılması, infrastruktur, yol sahəsində böyük işlər görülüb.

"Novruz müəllim çıxışında və təqdim etdiyi hesabatında görülən işlər haqqında geniş məlumat verdi. Məncə, bu haqda danışmağa ehtiyac yoxdur".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı barədə danışarkən deyib.

Komitə sədri bildirib ki, regionların inkişafı, səhiyyə, təhsil obyektlərinin yaradılması, infrastruktur, yol sahəsində böyük işlər görülüb:

“Azərbaycan postsovet ölkələrində yeganədir ki, burada kəndçilər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunub.
Nazirlər Kabinetinin 18 avqust 2015-ci ildə 283 nömrəli qərarına əsasən kəndçiyə yanacaq, motor yağlarına, buğda və çəltik əkmələrinə ödənilən subsidiyaların alışına görə ödənişlərə dəyişiklik edilib. Pulu almaq üçün müvafiq sənədlər tələb olunur. Ancaq bu yalnız pay torpaqlarına aidir. Rayonlarda çoxlu ərazilər var ki, pay torpaqlarına aid deyil, amma kəndçi onu icarəyə götürərək əkir. Məsələn, Neftçalada 70 min hektar əkin sahəsinin 19 mindən çoxu belə torpaqlardır. Belə torpaqlardan istifadə üçün istehsalçının əlində yerli icra hakimiyyətinin və bələdiyyələrin sənədi var. Amma bu şəxslər dövlətdən maliyyə dəstəyi almaqdan məhrum olunub”.

Komitə sədri təklif edib ki, yerli icra hakimiyəti və bələdiyyələrin kənd əməkçilərinə icarəyə verdiyi torpaqların təyinatı dəyişməli və yerli şəraitə uyğunlaşdırılmalıdır. Həmçinin yerli icra və bələdiyyələrin elektron müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmalıdır. Bu məsələlər həll edilsə və müvafiq sənədlər Asan Xidmət vasitəsilə alınsa, kənd təsərrüfatında çalışan insanların böyük qismi razı qalacaq”.


Arif Rəhimzadə: Məncə, bu haqda danışmağa ehtiyac yoxdur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
    Meydan TV-nin rəhbəri Emin Millinin yeni paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
     25.03.2019
    “İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof”
    Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb - cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ