1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:21.01.2020 10:38:00

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov bu günlərdə ölkədə baş vermiş dəyişiklikləri və Federal Vergi Xidmətinin keçmiş rəhbəri Mixail Mişustinin baş nazir təyin edilməsini şərh edib.

Ağalarov “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində Mişustinin “dünyada ən mükəmməl vergi sistemi” qurduğunu bildirib.

“Mişustinə gəldikdə mən sizə bir şey deyə bilərəm: o, dünyada ən yaxşı vergi sistemi qurub. Mən bunu başqalarından eşitməmişəm, çünki onun yaratdığı vergi sistemi bizim hamımıza aid idi. Mahiyyətcə bütün bu nəhəng ölkə onun kassasında “oturub”. Fantastik səslənsə də o, bütün vurulan qəbzləri görür.

O, hər qutu südün və ya kiloqram qəndin satışını qeydə alır. Bütün ölkə boyu! Və əlbətdə bu, ağlasığmaz nailiyyətdir”,-biznesmen deyib.

Ağalarovun fikrincə əgər Mişustin vergidə olduğu kimi hökumət başçısı olaraq pulların xərclənməsi üzərində də o cür nəzarət qura bilsə nəticəsini tezliklə görmək mümkün olacaq. “əgər büdcə pullarını düzgün xərcləməyə başlasaq həmin pullar iqtisadiyyata xeyir verəcək. Nəticədə minimal əmək haqqını qaldırmaq imkanı yaranacaq. Deməli kasıblıqla da mübarizə aparmaq mümkün olacaq. (Virtualaz.org)


Araz Ağalarovdan yeni baş nazir haqda ŞƏRH

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ