EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:08.02.2019 13:16:35

Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın nümunəvi fermerlərini formalaşdırmaqdır

Bu günə qədər Azərbaycanda 1 000-ə yaxın gənc Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştirak etmək arzusunu bildirib və ilkin seçimdə uğurla keçmiş 300 gənc təlimlərə qoşulmaq imkanı qazanacaq.

“Report”un məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın nümunəvi fermerlərini formalaşdırmaqdır: "Layihənin daha çox gənci əhatə etməsinə və onlara dəstək verməsinə çalışacağıq. Məqsədimiz gənclərin məşğulluğu və rifah halının yaxşılaşdırılmasıdır. İstəyirik ki, gənclər kənd yerlərindən şəhərə getmək məcburiyyətində qalmasın. Bizim üçün əsas seçim kriteriyası gənclərin kənd təsərrüfatı ilə məşğul olmaq həvəsinin olması və kənd yerlərində yaşamasıdır. Gənclərə kompleks dəstək göstəriləcək. Bu, gənclərin təşkilatlanması, onlara minimum baza biliklərinin verilməsi, seçdikləri sahədən asılı olaraq dəstək göstərilməsidir ki, bunlar da əkinçilik və heyvandarlıq ola bilər. Daha sonra isə onların mailiyyəyə çıxışı dəstəklənəcək".

M.Əliyev qeyd edib ki, gənclər mikro sahibkarlar kimi formalaşacaq. "Onlara 2 min manatdan başlayaraq çox da böyük olmayan maliyyə vəsaiti veriləcək. Bu nağd pul deyil, onların təsərrüfatları formalaşdırması üçün maddi texniki bazanın alınması və s. ola bilər. Həmçinin gənclərin innovativ ideyalarının reallaşdırılması üçün gələcəkdə qrantlar verilməsi nəzərdə tutulur. Layihələrə beynəlxalq və dövlət qurumlarının, aidiyyatı nazirliklərin marağı çoxdur. Bir çox özəl qurumlar da bizə müraciət edərək layihənin tərəfdaşına çevrilmək istəyir".


Aqrar Məşğulluğun Artırılması Layihəsinə qoşulanlara azı 2 min manatlıq maliyyə dəstəyi veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı
    Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.
     22.04.2019
    Marneulidə İmam Məhdinin (ə.f) mövlud mərasimi keçirilib - FOTO
    Marneuli şəhərində rayon və ətraf kəndlərdən dəvət olunan müsəlmanların iştirakı ilə bayram tədbiri keçirilib.
     22.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ