1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:31.08.2019 00:28:10

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində Hakim Vaqif Mursaqulovun sədrliyi ilə AXCP üzvü Səhlədar İsgəndərlinin apellyasiya şikayətinə baxılıb.

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində Hakim Vaqif Mursaqulovun sədrliyi ilə AXCP üzvü Səhlədar İsgəndərlinin apellyasiya şikayətinə baxılıb.

S.İsgəndərli avqustun 18-də metronun "28 May" stansiyasının qarşısında təkbaşına aksiya keçirərək, üzərində prezident İlham Əliyevə istefa, siyasi məhbuslara azadlıq tələbləri yazılmış plakat qaldırıb. Bu video sosial şəbəkələrdə yayılıb.

Suraxanı rayon Məhkəməsinin 20 avqustdakı qərarına əsasən, S.İsgəndərli İnzibati Xətalar Məcəlləsinin 206 (narkotik maddənin şəxsi istehlak miqdarında əldə olunması, saxlanması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Vəkil Əsabəli Mustafayevin verdiyi məlumata görə, Suraxanı Rayon Məhkəməsinin onun haqqında çıxardığı qərar qanunsuz və əsassızdır.

Vəkilin sözlərinə görə, qərarda Səhlədarın Suraxanı rayonunda tutulduğu, onun üzərindən narkotik tapıldığı, polisin qanuni tələbinə tabe olmadığı göstərilib. Amma onu iş yerindən - Kukla Teatrının yanından tutub aparıblar. Müdafiəçi deyir ki, S.İsgəndərli tutulmamışdan təxminən bir saat əvvəl sosial şəbəkələrdə evlərinə polislərin gəldiyini, onu axtardıqlarını yazıb: "Səhlədar İsgəndərli avqustun 18-də təkbaşına aksiya keçirib. Avqustun 19-dan onu axtarıblar, evlərinə gəliblər. Avqustun 20-də tutulmamışdan əvvəl özü də bu barədə Facebook səhifəsində yazıb. Adam bilir ki, onu polislər axtarır, üzərində narkotik saxlayarmı? Məntiqli deyil axı...".

Ə.Mustafayev cəbhəçi gəncin müdafiə hüququnun pozulduğunu, işinə baxılarkən vəkillə təmin olunmadığını söyləyib.

S.İsgəndərli özü də siyasi baxışlarına, keçirdiyi aksiyaya görə cəzalandırıldığını söyləyib.

Bundan sonra hakim müşavirədən sonra Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli qərarını qüvvədə saxlayıb. (turan.az)


Apellyasiya Məhkəməsi təkbaşına aksiya keçirən AXCP üzvü ilə bağlı qərar verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ