EURO 1,8968 TRY 0,2935
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.09.2019 09:00:05

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Realliq.info saytının redaktoru İkram Rəhimovun barəsində hökmdən şikayətə baxılması başa çatıb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Realliq.info saytının redaktoru İkram Rəhimovun barəsində hökmdən şikayətə baxılması başa çatıb.

Apellyasiya instansiyası İ.Rəhimovun hədə yolu ilə pul tələb etməkdə təqsirli olduğunu təsdiqləyib. Laki məhkəmə onun barəsində CM-in 62-ci maddəsini (qanunla nəzərdə tutulduğundan az cəza təyin etmək) tətbiq edərək həbs müddətini 5,5 ildən 3 ilədək azaldıb.

Bu barədə Turan-a İ.Rəhimovun yaxınları bildiriblər. Onların sözlərinə görə, İ.Rəhimov son sözündə deyib ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və onun nəzarətində olan Mətbuat Şurasını tənqid etdiyinə görə uydurma ittihamla təqib olunur. O xəbərdarlıq edib ki, əgər məhkəmə onu azad etməsə yenidən aclığa başlayacaq.

*Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İ.Rəhimovun işi üzrə ilkin iclas keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı, birinci instansiya məhkəməsində ifadələr saxtalaşdırıldığına görə şahidlərin və zərərçəkənlərin yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil həmin səbəbdən İ.Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Lakin vəsatət təmin edilməyib. İ.Rəhimov etiraz olaraq alcığa başlayıb və onu alcığın 30-cü günü, sentyabrın 5-də dayandırıb.


Apellyasiya Məhkəməsi İkram Rəhimovun cəza müddətini azaldıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həsən Ruhani Bakıya rəsmi səfərə gələcək
    İran prezidenti Həsən Ruhani və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasına rəsmi səfərə gələcəklər.
     21.10.2019
    Bu il Azərbaycanda 34 dini icma dövlət qeydiyyatına alınıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu ilin 9 ayında dövlət qeydiyyatına alınan dini icmaların statistikasını açıqlayıb.
     21.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ