EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:02.02.2019 23:30:57

Ümumilikdə 29 fəal inzibati həbsə məhkum edilib.

Fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin sədri Emil Səlimovun və hakim Kamran Əkbərovun sədrliyi ilə fəal Rəfael Hüseynovun inzibati həbs qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Emil Səlimov yanvarın 19-da Bakıda keçirilən mitinq ərəfəsində saxlanılaraq 20 sutka, Rafael Hüseynzadə isə yanvarın 25-də Bakıda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qarşısında siyasi məhbuslara azadlıq tələbi ilə təkbaşına aksiya keçirərkən saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

Hər iki fəal İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) ittiham olunub. Fəallar ittihamı qəbul etmir, sifariş hesab edir.

AXCP-nin məlumatına görə, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqə hazırlıq dövründə və mitinqdən sonra 50 nəfərə yaxın siyasi fəal saxlanılıb. Ümumilikdə 29 fəal inzibati həbsə məhkum edilib. ("Amerikanın Səsi")


Apellyasiya Məhkəməsi fəalların şikayətini təmin etməyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ