Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:17.12.2021 15:48:17

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşları “Android” cihazlarda “SMS” vasitəsilə yayılan və istifadəçilərin fərdi məlumatlarını ələ keçirən “FluBot” zərərverici proqramı ilə bağlı xəbərdar edir.

ETX-dən İslamazeri.com-a verilən məlumata görə, belə ki, istifadəçinin cihazının yoluxdurulması üçün ilk öncə telefonuna mətnində ona sifariş verdiyi bağlamanın çatdığı, şəxsi şəkillərinin başqa şəxs tərəfindən ələ keçirildiyi, istifadəçiyə mobil operatordan mesaj gəldiyi, cihazının zərərverici ilə yoluxduğu bildirilən və digər məzmunlu SMS göndərilir.

SMS-lərin mətni fərqli olsa da, bütün hallarda istifadəçidən mesajda göstərilən keçidə daxil olmaqla hər hansı tətbiqi yükləməsi və ya təhlükəsizlik yeniləməsini tətbiq etməsi tələb edilir.

“FluBot” istifadəçilərin əsasən bank və kredit məlumatlarını, telefonda saxlanılan şifrləri, fərdi məlumatlarını ələ keçirməyi hədəfləyir. Bundan əlavə, yoluxmuş cihazın kontakt siyahısında olan şəxslərə istifadəçinin adından saxta mesajlar göndərilir və zərərverici proqram daha çox cihazı yoluxdurur.

Bu növ kiberhücumdan qorunmaq üçün, belə mesaj aldıqda heç bir halda göstərilən keçidlərə daxil olmamaq, tətbiqi və ya təhlükəsizlik yeniləməsini quraşdırmamaq, alınan mesajı isə Elektron Təhlükəsizlik Xidmətinə göndərmək və daha sonra silmək tövsiyə olunur.

Vətəndaşlar keçidə daxil olduğu təqdirdə, lakin hər hansı tətbiqi yükləmədiyi halda cihaz yoluxmaya bilər. Buna baxmayaraq, təhlükəsizlik tədbiri kimi bütün onlayn hesabların şifrələrini dəyişmək gərəkdir.

Keçidə daxil olub tətbiq yüklənilibsə, mümkün qədər ən qısa müddətdə mobil cihazı zavod parametrlərinə sıfırlamaq zəruridir. Bu proses zamanı telefonda olan bütün məlumatlar, o cümlədən fərdi məlumatlar silinəcək. Zərərli tətbiq quraşdırıldıqdan sonrakı tarixə olan ehtiyat nüsxələr bərpa edilməməlidir. Bütün onlayn hesablar üçün şifrlər dəyişdirilməli, yoluxan cihazda bank tətbiqindən və ya bank hesabından istifadə olunduğu təqdirdə isə dərhal bankla əlaqə saxlamaq tövsiyə olunur.


“Android” cihazlarda “SMS” vasitəsilə yayılan zərərverici proqram aşkarlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DTX işçilərinin maaşlarında dəyişiklik təsdiq edilib
    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
     24.05.2022
    Şirvanda şirkətdə yanğın olub
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ