Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.06.2022 12:28:30

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb.

İslamazeri.com xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır.

İmzalanma mərasimində çıxış edən ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, mina və müharibənin partlayıcı qalıqları problemi istər, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir.

Qeyd olunub ki, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub, onlardan 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub".

Sədr memorandumun vacibliyinə diqqət çəkib: “Böyük qayıdış” proqramı çərçivəsində ilk sakinlərin yaşayış məntəqələrinə yerləşdirilməsi üzrə başlanan işlər bu fəaliyyəti daha da zəruri edir. Beləliklə, maarifləndirmə işində məlumatların əhaliyə hərtərəfli, dolğun çatdırılması məqsədi ilə bu prosesə bütün kommunikasiya vasitələrinin cəlb edilməsi vacib məsələlərdən birinə çevrilib. Bu mövzuda sosial xarakterli reklamların açıq məkanda yayımının həyata keçirilməsi məqsədilə bu sənəd imzalanır".

ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadov isə deyib ki, işğaldan azad edilmiş ərazilərdə insanları ehtiyatlı davranmağa səsləyəcək sosial xarakterli reklamlar təkcə bölgələrdə deyil, eləcə də respublikanın zəruri olan ərazilərində yayımlanacaq: "Mina terroru” ilə mübarizəyə dəstək vermək hər bir vətəndaşın borcudur. Buna görə də soydaşlarımızın minalanmış ərazilərdə qoyulmuş qaydalara ciddi əməl etməsi mütləqdir. İki qurum arasında təməli qoyulan əməkdaşlıq əhalinin təhlükə barədə məlumatlı olmasına və təhlükəsiz şəraitdə işğaldan azad edilmiş ərazilərdə yaşaması üçün öz töhfəsini verəcəkdir".


ANAMA və ADRA arasında memorandum imzalanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ