EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.06.2019 12:42:55

Amerikalı demokrat senator Patrik Leahi İranla razılığı pozmağı axmaqlıq adlandırıb.

"Birləşmiş Ştatlar bildirir ki, dünya İranın nüvə hədələrinə təslim olmamalıdır. Tehran bazar ertəsi elan edib ki, iyunun 27-dək 2015-ci ildə beynəlxalq razılıq əsasında uran istehsalına tətbiq olunan 300 kiloqramlıq limiti keçəcəyini gözləyir. Tramp administrasiyası ötən il həmin razılıqdan geri çəkilib və İrana qarşı sərt sanksiyalar tətbiq edib. Bu isə İranın liderlərini qəzəbləndirib."

İslamazeri.com xəbər verir ki, bu cümlələr ABŞ-ın "Voa" agentliyinin xəbərində qeyd olunur.

Xəbərin davamında deyilir ki, İran ötən ay xəbərdarlıq edərək Britaniya, Çin, Fransa, Almaniya və Rusiya onlara ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalardan yan keçməyə yardım etmədiyi halda, İran 2015-ci ildə əldə olunan nüvə razılığında zənginləşdirilmiş uran və ağır suya tətbiq olunan məhdudiyətlərə əməl etməyəcək. Vaşinqtonla Tehran arasında gərginlik ötən həftə Oman Körfəzində iki neft tankerinə hücumdan sonra artıb. Birləşmiş Ştatlar hücuma görə İranı günahlandırır, Tehran isə bunu rədd edir. 

“Bu, aparılan kəşfiyyat, istifadə olunan silahlar, əməliyyatı həyata keçirmək üçün lazım olan təcrübə səviyyəsi, İranın yaxınlarda karqo gəmilərinə bənzər hücumları və əlbəttə ki, ərazidəki heç bir vasitəçinin bu dərəcədə təcrübə ilə hərəkət etməyə ehtiyat və bacarığa malik olmaması ilə əlaqəlidir”-deyə, Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.

Dövlət Departamentinin sözçüsü İranın bu açıqlamasını “nüvə şantajı”adlandırıb və beynəlxalq ictimaiyyəti buna boyun əyməməyə çağırıb. O, İranın son 40 ildəki davranışını tənqid edib.

“Onlar nüvə proqramını inkişaf etdirməyə davam ediblər. Biz sanksiyaları yüngülləşdirdik, onlar bizim dənizçimizi girov götürdü. Biz bu rejimin davranışında dəyişiklik görmədik, son həftə isə daim Hörmüz boğazını bağlamaq hədəsi ilə qarşılaşmışıq”, o deyib.

Dövlət katibi Mayk Pompeo deyib ki, Birləşmiş Ştatlar lazım olan bütün diplomatik və hərbi vasitələrdən istifadə edərək İranın nüvə silahı inkişaf etdirməsinin qarşısını alacaq. Lakin bəzi qanunvericilər administrasiyanı gərginliyin artmasına görə günahlandırır.

Amerikalı demokrat senator Patrik Leahi isə İranla razılığı pozmağı axmaqlıq adlandırıb.

“Birləşmiş Ştatlar onları məhdudlaşdıracaq razılıqdan geri çəkildi. Biz razılıqdan geri çəkiləcək qədər axmaq olduğumuz üçün, nə isə söyləməyimiz çətindir”, vermontlu demokrat senator Patrik Leahi bildirib.

İsrail İran nüvə razılığını pozduğu təqdirdə Tehrana qarşı daha çox sanksiyaların tətbiq olunmasına çağırıb. Lakin Rusiya İranı müdafiə edərək, beynəlxalq müfəttişlərin bu yaxınlarda Tehranın beynəlxalq razılıqdakı öhdəliklərini tam şəkildə yerinə yetirdiyinə dair nəticə çıxardığını bildirib.


Amerikalı demokrat senatordan İran şərhi: ...axmaq olduğumuz üçün, nə isə söyləməyimiz çətindir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ