EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.10.2019 11:36:54

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına bəzi xarici dillər üzrə qəbul şərtləri dəyişdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına bəzi xarici dillər üzrə qəbul şərtləri dəyişdirilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarına əsasən, akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları ingilis dilindən akademik İELTS proqramı üzrə keçirilir.

Bu imtahan AMEA-nın gənc alimlərinin ingilis dilində oxu, danışıq və yazı bacarıqlarının inkişaf etdirilməsinə, onların xarici ədəbiyyatdan sərbəst istifadəsinə, beynəlxalq elmi tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsinə və nüfuzlu elmi bazalardan istifadə imkanlarının artırılmasına zəmin yaradıb.

Bununla yanaşı, iddiaçılar xarici dildən doktoranturaya qəbul və doktorluq imtahanlarında alman və ya fransız dilini seçmək hüququna malikdirlər.

Bu dillərdən iddiaçıların biliklərinin müvafiq tələblərə uyğun qiymətləndirilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Alman və fransız dillərindən doktorluq və qəbul imtahanlarının keyfiyyətinin yüksəldilməsi haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən, AMEA-nın doktoranturasına növbəti qəbul və cari ilin qış imtahan sessiyasından başlayaraq doktorluq imtahanlarında iddiaçılar müstəqil olaraq alman dilindən B2 səviyyəsi üzrə Höte sertifikat imtahanı, fransız dilindən isə B1 və ya B2 səviyyəsi üzrə DELF imtahanı verərək imtahanın nəticəsini təsdiq edən müvafiq sertifikatı AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etməlidirlər.


AMEA-nın doktoranturasına qəbul şərtləri dəyişdirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi
    Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
     14.11.2019
    Bakıda ictimai asayişi pozan şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO
    Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ