1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.05.2021 17:59:54

Türkiyənin “Bilge Kadın” Dərnəyinin (BKD) başlatdığı “Müdrik Nəsillər Layihəsi” adlı beynəlxalq müsabiqəyə Gürcüstandan qatılan uşaqlardan “Alulbeyt”in Tbilisidəki mərkəzində imtahan götürülüb.

İslamazeri.com "Shafaqna"-ya istinadən xəbər verir ki, “Alulbeyt Gürcüstan” tərəfindən təşkil olunan bu tədbirdə 33 uşaq canlı, 2 uşaq online iştirak edib.

“Alulbeyt Gürcüstan”ın müəllimləri tərəfindən 35 uşağın dini bilikləri yoxlanılıb.

Müsabiqəyə qatılan bütün uşaqlar soruşulan sualları cavablandırıb və imtahanı uğurla başa vurublar.

“Alulbeyt Gürcüstan”ın rəhbəri Hacı Faiq Nəbiyev bütün iştirakçılara təqdirnamə, həmçinin hədiyyələr təqdim edib.

Tədbir zamanı uşaqlar üçün meyvə və şirniyyat süfrəsi, sonda nahar verilib.

Qeyd edək ki, bu tədbir müsabiqənin birinci etapı idi. Bütün iştirakçılar  püşkatmada iştirak etmə hüququ qazanıblar. Püşkatmada adı çıxanlar isə Kərbəla ziyarətinə göndəriləcəklər.

FOTOLAR


“Alulbeyt”-in Tbilisidəki mərkəzində beynəlxalq müsabiqə keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran prezident seçkilərində iştirak edəcək namizədlər
    İran Daxili İşlər Nazirliyinin mətbuat-xidmətinin məlumatına əsasən, namizədlər aşağıdakı şəxslərdir:
     25.05.2021
    Xüsusi karantin rejimi yumşaldılır - TAM SİYAHI
    Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açlıqadı.
     25.05.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ