Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.05.2022 10:45:51

Alulbeyt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyev səfərdən məmnun qaldığını bildirib.

Xəbər verdiyimiz kimi Gürcüstanın din xadimləri Azərbaycana səfər ediblər. Onlar Bakıdakı görüşlərdən sonra, Qarabağa səfər ediblər.

İslamazeri.com xəbər verir ki, Alulbeyt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyev, Qarabağ bölgəsinə səfərlə bağlı Az.shafaqna.com-a təəssüratlarını bölüşüb.

O bu səfərdən məmnun qaldığını bildirib: “Buranı gördükdə şəhidlərimizin, qazilərimizin, qəhrəman əsgərlərimizin necə çətin şəraitlə torpaglarımızı qanı-canı bahasına qaytardıqlarını anlayırıq. Necə qəhrəman, nə qədər şücaət sahibləri imiş bu igidlər. Neçə ildir bu gözəl torpaglarımızı görməyə məhrum idik. Şəhidlərimizin qanı bahasına düşmən işğalı altında olan bu gözəl torpaqlar azad olunub. Bu torpaqlarımızın hər bir qarışında döyüş gedib, şəhid vermişik.”

Qarabağda erməni vandallığnın şahidi olduğunu qeyd edən Hacı Faiq Nəbiyev deyib: “Düşmənin nə gədər xain olduğunu hər bir uçurulan tarixi binalarda görmək olar. Tarixi məscidlərdə, mədəniyyət mərkəzlərində, hətta evlərdə və meşələrdə belə düşmənin xain təxribatını görmək olur. Dəfələrlə cənab Prezident  İlham Əliyev düşmənlərin təxribatından söz açıb, danışıb. ”

Hal hazırda Azərbaycan Prezidentinin  tapşırığı ilə burada bərpa işləri aparılır, yeni yollar çəkilir, məscidlərimiz və tarixi abidələrimiz bərpa olunur. Bir çox infrastrukturlar yaradılır və yaxın gələcəkdə çox müsbət işlərin nəticəsi görünəcək. Bütün yol boyu bərpa işləri gördük, texnikaların işlədiyini gördük, yeni körpülər, tunellər və binaların tikintisi gedir.”, - Alulbeyt Gürcüstanın rəhbəri əlavə edib.

Ərazilərin minalanmasına toxunan Alulbeyt Gürcüstanın rəhbəri, Hacı Faiq Nəbiyev sözlərinə belə davam edib: “Çox təəssüf ki, ermənilər bu bölgələrdə çox mina quraşdırıblar, torpaqların bir hissəsi minadan təmizlənib. Bir hissəsi isə ermənilər tərəfindən minaların xəritəsini tam olaraq təqdim etmədiklərinə görə, əlaqədar qurumlar müasir texnika ya başqa yollarla minanı təmizləməyə davam edirlər.  Bu səbəbdən də bizə çox yerləri göstərə bilmədilər.”

Hacı Faiq Nəbiyev dağıdılmış qəbiristanlıqların qalıntılarına ürək ağrısı ilə şahidi olduqlarını bildirib:  “Tarixi abidələri dağıtmaqla kifayətlənməyən ermənilər, qəbirləri dağıtmış,  daşları da qarət edib aparıb öz məgsədləri üçün istifadə ediblər. Bu da azmış kimi,  qəbri qazıb meyyitləri çolə çıxarıblar. Buna görə də, mərhumların yaxınları gəlib dağıdılmış məzarlarda sümükləri belə aşkar edə bilməyiblər. Bu  dəhşəti eşitmişdik, lakin eşitməklə gözlə görmək tamamilə fərqli şeylərdir.”

Alulbeyt Gürcüstanın rəhbəri Hacı Faiq Quliyev sonda deyib: “Mən çox şadam ki, torpaqlarımız cənab Prezidentimizin daxili və xarici siyasəti, güclü ordumuzun qəhrəmanlıqları sayəsində azad edilmişdir.  Mən şadam ki, uzun müddətdir arzuladığım yerləri gördüm. Bu gözəl səfərin təşəbbüskarlarına və təşkilatçılarına, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Faiq Quliyev və diplomatik korpusun digər əməkdaşlarına, SOCAR-ın Gürcüstan Nümayəndəliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, Gürcüstanın din xadimləri Bakı, Qarabağ, Gəncə səfərlərindən sonra Tbilisiyə dönəcəklər.

Alulbeyt Gürcüstanın Azərbaycan səfərilə bağlı özü və fotoqrafların çəkdiyi fotolardan bir hissəsi:


Alulbeyt Gürcüstanın rəhbəri Qarabağ səfəri barədə - (Müsahibə - FOTOLAR)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Meymunçiçəyinin sağalma müddəti və müalicədə istifadə olunan dərmanlar açıqlanıb
    Meymunçiçəyi xəstəliyinin müalicəsində istifadə olunan dərman vasitələri və virusun müalicə müddəti açıqlanıb.
     1.07.2022
    Baş nazir Əli Əsədov İordaniya Senatının sədri ilə görüşüb
    Azərbaycanın Baş naziri Əli Əsədov İordaniya Krallığı Senatının sədri Faysal Al Fayez ilə görüşüb.
     1.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ