1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:8.02.2018 17:35:38

Bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının ilk fotoları yayılıb

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bir neçə gün öncə həbs olunmuş Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarlarının ilk fotoları yayılıb. Polis nəzarətində saxlanılan Alparslan Kuytul və tərəfdarları məhkəmə önünə çıxarılıblar. Adana Prokurorunun "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəməyə çıxarılıb və məhkəmə bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında qərar çıxarıb.

Qeyd edək ki, Adana polisi həbs olunanların qollarına qandal taxmaması da diqqətə səbəb olub.

Alparslan Kuytul kimdir?

 Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub.

1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir. 

"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.


Alparslan Kuytul və tərəfdarlarının həbsdən sonrakı ilk FOTOLARI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiyada silah anbarının mühafizəçilərinə qumbara atıldı
    Rusiyanın Samara şəhərində silah anbarının mühafizəçilərinə hücum olub.
     21.05.2018
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü olub
    Azərbaycan və Serbiya prezidentləri arasında görüş baş tutub.
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ