EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.11.2019 11:42:38

Almaniyanın sabiq prezidenti Rixard von Vaytszekkerin oğlu Fritz von Vaytszekker bıçaqlanaraq qətlə yetirilib.

Almaniyanın sabiq prezidenti Rixard von Vaytszekkerin oğlu Fritz von Vaytszekker bıçaqlanaraq qətlə yetirilib.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Fritz von Vaytszekker Berlin xəstəxanasında mühazirə oxuyarkən bıçaqlanıb.

Polisin yaydığı məlumata görə, sabiq prezidentin 59 yaşlı oğlu işlədiyi Schlosspark xəstəxanasında mühazirə oxuyarkən hücuma məruz qalıb. Fritz von Vaytszekker aldığı bıçaq xəsarətindən ölüb. Polis mühazirədə iştirak edənlərin köməyi ilə hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

 Fritz Vaytszekkerin tibb sahəsində uzunmüddətli karyerası olub. Belə ki, o, 2005-ci ildə Schlosspark xəstəxanasında işləməyə başlamazdan əvvəl Freyburq, Boston və Zürixdə işləyib.

Fritz 1984 – 1994-cü ildə Almaniya prezidenti olmuş və 2015-ci ildə vəfat edən Rixard von Vaytszekkerin 4 övladından biridir.


Almaniyanın sabiq prezidentinin oğlu qətlə yetirilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın İmam Cüməsi iğtişaşlarda günahsız ölənlərə
    Tehranın bu həftəki İmam cüməsi Höccətülislam Seyid Məhəmməd Həsən Əbutorabifərd olub
     06.12.2019
    ABŞ Hərbi Hava Bazasında atışma; Səudiyyəli kursant...
    Eskambiya mahalının polis idarəsinin məlumatında hücumçunun öldüyü bildirilib.
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ