EURO 1,9322 NEFT 61,75
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.10.2018 17:58:34

O qeyd edib ki, maliyyələşmə ilə bağlı danışıqlar aparılıb, razılıq əldə edilib.

" "Cənub Qaz Dəhlizi" layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün Almaniyanın 1,5 mlrd. dollar məbləğində vəsait ayırması məsələsinin bu ilin sonuna qədər həll olunacağı gözlənilir."

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Azərbaycanda Enerji və İKT üzrə Alman-Azərbaycan Biznes forumundakı çıxışında bildirib.

O qeyd edib ki, maliyyələşmə ilə bağlı danışıqlar aparılıb, razılıq əldə edilib: "2018-ci ilin sonuna maliyyələşmə ilə bağlı məsələnin yekunlaşacağına ümid edirik".

"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev daha əvvəl bildirmişdi ki, "Şahdəniz" və TANAP üçün 1,5 mlrd. dollara qədər vəsait üçün Almaniyanın "Hermes" agentliyi ilə danışıqlar aparılır.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" layihəsinin məqsədi "Şahdəniz 2" layihəsini həyat keçirmək, bu zaman hasil ediləcək təbii qazın genişləndirilən Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikilən TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.

Qeyd edək ki, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab ölkəsinin Milli Birlik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda jurnalistlərə bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələri də çox yüksək qiymətləndirilir, Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinə dəstək verir.


Almaniyanın "Cənub Qaz Dəhlizi" layihəsinə vəsait ayırması məsələsi bu ilin sonuna qədər həll olunacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-dan Ərdoğana Suriya mesajı: Bu - yolverilməzdir!
    Pentaqon rəsmisi Türkiyə prezidentinin bəyanatına münasibət bildirib.
     13.12.2018
    İraqda doqquz yaşlı uşaq müəllimin zərbəsi nəticəsində dünyasını dəyişdi
    10 dekabrda 9 yaşlı məktəbli müəllimin zərbəsi nəticəsində dünyasını dəyişib
     13.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ