EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:12.12.2018 14:35:02

Rusiya prezidentinin KQB dövrünə aid sənədi tapılıb.

İslamazeri.com xəbər verir ki, “Ştazi” arxivlərində, 1980-ci illərdə KQB agenti olmuş Vladimir Putinin adına olan xidməti vəsiqə aşkar edilib.

Almaniyanın “Bild” qəzetinə əsasən, hazırkı Rusiya prezidentinin adına olan həmin sənəd Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinə (Ştazi) aid olub.

Mayor Putinin adına olan vəsiqə 1985-ci il dekabrın 31-də verilib. Onun müddəti, növbəti 4 il ərzində hər kvartal artırılırdı.

Bildirilir ki, həmin Vəsiqə Putinə “Ştazi” kabinetlərinə maneəsiz şəkildə girib-çıxmağa imkan verirdi. Bu isə yeni agentlərin cəlb edilməsini asalaşdırırdı, çünki Putin KQB-də işlədiyi haqda bildirmək məcburiyyətində qalmırdı.

Putinin mətbuat katibi Dmitriy Peskov həmin vəsiqəni həqiqi olduğunu istisna etməyib. O bəyan edib ki, SSRİ-nin KQB-si və keçmir ADR-in “Ştazi”si həmkar idi və öz əməkdaşları üçün sənəd mübadiləsi edə bilirdilər.

“Ştazi” - Almaniya Demokratik Respublikasının Dövlət Təhlükəsizliyi Nazirliyi. Bu təşkilat gizli polis, əks-kəşfiyyat və kəşfiyyat orqanı idi. ADR 1950-1990-cı illərdə mövcud olub.


Almaniyada Putinin KQB dövrünə aid xidməti vəsiqəsi aşkarlandı - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda göydən daş
    Hadisə Xətai rayonu Sarayevo küçəsində baş verib
     25.06.2019
    Gürcüstanda yeni parlament sədri seçildi
    Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ