1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:06.11.2019 10:09:37

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) futbol klubu olan "AZE Nakhchivan SK" Köln futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyatdan keçib.

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) futbol klubu olan "AZE Nakhchivan SK" Köln futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyatdan keçib.

APA-nın məlumatına görə, Aydın Karaca yeni komandanın rəhbəri seçilib.

Klubda Serdar Demir icraçı direktor, qanalı Nana İzak rəhbər müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs funksiyasını yerinə yetirəcək. “Araz Naxçıvan”ın baş direktoru Ceyhun Məmmədov isə Azərbaycan üzrə əlaqələndirici seçilib.

Komandanın artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyətə başlayıb.

DAA-nın prezidenti Rəşad Quliyev əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etmək olduğunu bildirib: “Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi Azərbaycanın qədim diyarının Avropada tanıdılmasıdır. Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda, peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir”.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assmableyasının futbol klubu olan "AZE Nakhchivan SK" klubu 2017-ci il 12 sentyabr tarixində Almaniyanın Köln şəhərində təsis olunub.


Almaniyada “Nakhchivan” futbol klubu qeydiyyatdan keçib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avstraliyaya Azərbaycandan 5.6 milyon dollarlıq “buz” idxal edən şəxs kimdir...
    Azərbaycandan Avstraliyaya “buz” adı verilən iri həcmdə narkotik mənşəli kimyəvi pereparat idxal edən şəxs bu gün Sidney məhkəməsi qarşısına çıxarılır.
     21.11.2019
    Mobil operatorların internet təklifləri nə qədər sərfəlidir?
    Mobil rabitə bazarında digər sahələr ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik.
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ